«İctimai televiziya və radio
yayımı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə»
Azərbaycan Respublikasının 2012-ci il
29 iyun tarixli 411-IVQD
nömrəli qanununun tətbiqi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "İctimai
televiziya və radio
yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2012-ci il
29 iyun tarixli 411-IVQD
nömrəli qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"İctimai televiziya
və radio yayımı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki, "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikası Qanununun 13.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq
dövlət orqanı"nın səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli
aktların "İctimai televiziya və radio yayımı
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 4.