Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"ni Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 161, ¹ 12, maddə 1102; 2007, ¹ 10, maddə 947; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012,

¹ 4, maddə 291, ¹ 6, maddə 531) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.13-1-ci və 8.13-2-ci yarımbəndlər əlavə edilsin:

"8.13-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak edir;

8.13-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 8 sentyabr.- S. 4.