Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 192 Bakı şəhəri, 6 sentyabr 2012-ci il

 

 "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 647 nömrəli fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010,  ¹ 12, maddə 1121) ilə təsdiq edilmiş "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin  5.5-ci bəndindən "onun sorğusu əsasında" sözləri çıxarılsın.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının

Baş naziri

 

Azərbaycan.-2012.- 8 sentyabr.- S. 4.