Azərbaycan ilə Pakistan
arasında turizm və mədəni irs sahələrində əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur
Sentyabrın
7-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Bakıda keçirilən "İpək Yolunun
tamı: kulinariya, mədəniyyət və turizm" konfransında
iştirak etmək üçün ölkəmizə gəlmiş
Pakistanın milli irs və inteqrasiya naziri xanım Samina
Xalidhurki ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki,
"Jumeirah Bilgah Beach Hotel"ində keçirilən
görüşdə turizm və mədəni irs sahələrində
əlaqələrin inkişaf etdirilməsinə dair fikir
mübadiləsi aparılmışdır.
İki ölkənin mövcud
siyasi, iqtisadi və mədəni
əlaqələrindən danışan Əbülfəs Qarayev bildirmişdir ki, xalqlarımız arasındakı tarixi dostluq əlaqələri
son illərdə daha da genişlənmişdir. Son illərdə Pakistandan Azərbaycana gələn turistlərin
sayının xeyli artdığını
söyləyən Ə.Qarayev bu görüşdən sonra
hər iki ölkəni ziyarət edəcək
turistlərin sayında daha böyük artımın müşahidə
olunacağına inandığını diqqətə
çatdırmışdır.
Pakistanın milli irs və inteqrasiya naziri öz növbəsində ölkəmizə səfərindən
məmnunluğunu bildirmiş və belə
bir mötəbər konfransa
dəvət olunduğuna görə Azərbaycan
hökumətinə təşəkkürünü
çatdırmışdır.
Ölkəsinin
hər zaman Azərbaycanın yanında olduğunu söyləyən qonaq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində rəsmi
Bakının ədalətli mövqeyini daim dəstəklədiklərini
vurğulamışdır.
Xanım Samina Xalidhurki cari ilin
fevralında Pakistan parlamentinin dünyada ilk dəfə olaraq
Xocalı faciəsini soyqırımı kimi
tanıdığını diqqətə çatdırmışdır.
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 9.