Azərbaycan və Litva
hökumətləri arasında yeni saziş imzalanmışdır
Sentyabrın 7-də Qəbələdəki
"Qafqaz Sport"
hotelində Azərbaycan Respublikasının fövqəladə
hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və
Litva Respublikasının daxili
işlər naziri Arturas
Melianasın başçılıq etdiyi
nümayəndə heyəti arasında görüş
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, görüş zamanı fövqəladə hallar zamanı əməkdaşlıq, iki ölkənin mütəxəssislərinin
birgə iştirakı ilə fövqəladə hallar sahəsində kadrların
hazırlanması, birgə təlimlərin keçirilməsi
məsələləri müzakirə edilmişdir.
Sonra iki ölkənin
hökumətləri arasında fövqəladə halların
qarşısının alınması, aradan
qaldırılması sahəsində əməkdaşlıq
və qarşılıqlı yardım haqqında saziş imzalanmışdır.
Litvanın daxili işlər naziri Arturas
Melianas və onun rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin,
Dövlət Yanğından Mühafizə Xidmətinin,
Mülki Müdafiə Qoşunlarının
Komandanlığının, Xüsusi Riskli Xilasetmə Xidmətinin
və nazirliyin akademiyasının fəaliyyəti ilə
tanış olmuşdur.
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 6.