Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci
və 13-cü bəndlərini rəhbər tutaraq
qərara alır:
1. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
təsdiq edilsin.
2. Məcəllənin
aşağıdakı müddəaları bu
maddədə nəzərdə tutulmuş
müddətdə və qaydada qüvvəyə
minir:
2.1.
şəhərsalma və tikinti sahəsində
bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə
təsirinin qiymətləndirilməsinə dair
müddəalar - həmin məsələlərlə
bağlı müvafiq qanunlar
qəbul edildikdə;
2.2. tikinti layihələrinin şəhərsalma sənədlərinə
uyğunluğuna dair
Məcəllənin 11.1-ci maddəsinin birinci
cümləsində nəzərdə tutulmuş
müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 3 il sonra.
3. Məcəllənin
bu qanunun 2-ci maddəsində
nəzərdə tutulmuş müddəaları istisna
olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
4. Məcəllənin
qüvvəyə mindiyi gündən
"Şəhərsalmanın əsasları haqqında"
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 473; 2001, ¹ 11, maddə
676; 2002, ¹ 5, maddə 241; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 7, maddə
602; 2009, ¹ 5, maddə 310, ¹ 12, maddə 948; 2010, ¹ 4, maddə
275) ləğv edilir.
5. Şəhərsalma və tikinti fəaliyyəti
ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə
zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır.
6. Məcəllə qüvvəyə
minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri
həmin sənədlərdə müəyyən edilmiş
müddətdə hüquqi qüvvəsini saxlayır. Bu sənədlər
məqsəd və məzmun
baxımından Məcəllənin V fəslinin müddəalarına
uyğunlaşdırılmalı, eləcə də Məcəllə
ilə müəyyən edilmiş qaydada elan
olunmalıdır. Mövcud ərazi
planlaşdırılması sənədlərində dəyişikliklər Məcəllənin
32.1-32.3-cü, 34.1-34.3-cü maddələrində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
7. Məcəllə qüvvəyə minənədək
hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq
edilməmiş ərazi
planlaşdırılması sənədlərinə Məcəllənin
müddəaları şamil olunmur. Bu cür ərazi planlaşdırılması sənədləri
barədə onların sifarişçiləri Məcəllədə
nəzərdə tutulmuş qaydada ictimaiyyətə ətraflı
məlumat verməli və həmin sənədləri öz
saytlarında dərc etməlidirlər.
8. Məcəllə qüvvəyə minənədək
torpaq islahatı ilə bağlı torpaq sahələrinin qanunvericiliklə müəyyən
edilmiş qaydada kənd
ərazilərində naturada işlənilmiş
və təsdiq edilmiş yerquruluşu planları müfəssəl planlara bərabər sayılır.
9. Məcəllə
qüvvəyə minənədək verilmiş
tikinti icazələri Məcəllənin qüvvəyə
mindiyi gündən 3 il
müddətində qüvvədədir. Məcəllə
qüvvəyə minənədək tikintiyə icazə
verilməsi üzrə başlanılmış icraat Məcəllənin 75-76-cı maddələrində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
10. Məcəllənin
qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin
tikintisinə Məcəllənin yalnız XVI-XVIII fəsillərində
nəzərdə tutulmuş müddəalar
şamil olunur.
11. Məcəllə qüvvəyə minənədək
tikintisinə icazə verilmiş, lakin Məcəlləyə əsasən barəsində
məlumatlandırma icraatının tətbiq olunduğu
yaşayış evlərinin tikintisinə nəzarət Məcəllənin
80.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
12. Məcəllə qüvvəyə
minənədək ekspertizadan keçirilmiş, lakin icrasına
başlanılmamış tikinti layihələrinə dair
ekspert rəyləri tikintiyə icazənin qüvvədə
olduğu müddətdə etibarlıdır.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2012-ci il
Azərbaycan $g
2012.- 9 sentyabr.- S. 1.