Azərbaycan Prezidenti
İlham Əliyev ABŞ konqresmenlərindən ibarət nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr
Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri
Deyn Rorabaherin başçılıq etdiyi Tennessi
ştatından Respublikaçı konqresmen Marşa Bləkbörndən,
Texas ştatından Respublikaçı konqresmen Ted Podan,
Kolorado ştatından Respublikaçı konqresmen Douq Lamborndən
və alt komitə sədri ofisinin rəhbəri Pol Berkovitzdən
ibarət nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan
Respublikası ilə Amerika Birləşmiş Ştatları
arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə yüksək səviyyədə
olduğunu vurğuladı. Prezident İlham Əliyev son illər
ölkəmizin əldə etdiyi iqtisadi uğurlarından
danışdı. ABŞ Nümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət
və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaherin
başçılıq etdiyi Tennessi ştatından
Respublikaçı konqresmen Marşa Bləkbörndən,
Texas ştatından Respublikaçı konqresmen Ted Podan,
Kolorado ştatından Respublikaçı konqresmen Douq Lamborndən
və alt komitə sədri ofisinin rəhbəri Pol Berkovitzdən
ibarət nümayəndə heyətinin Azərbaycana səfərini
yüksək qiymətləndirən dövlət
başçısı bu səfərin ölkələrimiz
arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə daha da inkişaf etdirilməsi ilə
bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparılması
üçün yaxşı imkan yaratdığını
dedi.
ABŞ Nümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət
və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaher Azərbaycana
ikinci dəfə səfər etdiyini və ötən dövr
ərzində ölkəmizdə çox böyük
inkişafın şahidi olduğunu vurğuladı.
Görüşdə ikitərəfli
münasibətlərin genişləndirilməsində
qanunverici orqanlar arasında əməkdaşlığın
önəmi qeyd olundu, ikitərəfli əlaqələr,
regional və enerji sahəsində əməkdaşlıq, eləcə
də əlaqələrimizin
digər sahələri ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
9 sentyabr.- S. 1.