Tacikistan Respublikasının
Prezidenti zati-aliləri
cənab Emoməli Rəhmona
Hörmətli Emoməli Şərifoviç!
Ölkənizin milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizə
və Sizin
simanızda bütün
xalqınıza ən
səmimi təbriklərimizi
və xoş arzularımızı yetirirəm.
Bu gün Azərbaycan-Tacikistan münasibətləri
müvəffəqiyyətlə inkişaf etməkdədir. Çoxşaxəli dostluq əlaqələrimiz
əməkdaşlığımızın
dərinləşməsi və
əhatə dairəsinin
genişlənməsi üçün
yaxşı imkanlar açır.
Əminəm ki, bu yaxınlarda ölkəmizə
rəsmi səfəriniz,
Sizinlə apardığımız
səmərəli fikir
mübadiləsi, imzalanan
sənədlər Azərbaycan-Tacikistan
dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsi
və inkişafı işinə yeni töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm
cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar,
dost Tacikistan xalqına
əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 3 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
9 sentyabr.- S. 1.