Koreya Əmək
Partiyasının Birinci Katibi,
Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə
Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun
Ali Baş Komandanı
zati-aliləri cənab Kim Çen
Ina
Zati-aliləri!
Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz
arasındakı münasibətlər xalqlarımızın mənafelərinə
uyğun olaraq bundan sonra da
dostluq və əməkdaşlıq məcrasında
inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost xalqınıza sülh və tərəqqi
arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 3 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
9 sentyabr.- S. 1.