Qəbələdə Karvansaray hotel kompleksi tikilir
Azərbaycan Prezidenti
İlham Əliyev sentyabrın 10-da Qəbələdə
Karvansaray hotel kompleksinin tikintisinin gedişi ilə tanış olmuşdur.
Dövlət
başçısı kompleksin texniki göstəricilərini əks etdirən
stendlərə baxdı.
Məlumat verildi ki, ümumi sahəsi 19
min 700 kvadratmetr olan kompleksdə 450 nəfərlik restoran,
trenajor, fitnes zalları fəaliyyət göstərəcəkdir.
Burada həmçinin hovuz, fəvvarələr kompleksi,
avtomobil dayanacağı, qonaqların istirahətini yüksək
səviyyədə təşkil etmək üçün hər
cür avadanlıqla təchiz olunan müxtəlif idman
zalları yaradılacaqdır. Gözəl dizayn və interyeri
ilə seçiləcək otaqlarda son dövrdə
böyük turist axını müşahidə edilən Qəbələnin
qonaqlarına yüksək səviyyəli xidmət göstəriləcəkdir.
Bir hissəsi üç, digər hissəsi isə dörd mərtəbədən
ibarət olacaq kompleksin tikintisinin gələn ilin birinci
yarısında başa çatdırılması nəzərdə
tutulmuşdur.
Dövlət başçısı
müvafiq tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.-2012.-
11 sentyabr.- S.8.