Qəbələ mədəniyyət
evinin yeni tikilmiş binasında son tamamlama işləri
görülür
Azərbaycan Prezidenti
İlham Əliyev sentyabrın 10-da Qəbələ
mədəniyyət evinin yeni
tikilmiş binasında görülən son tamamlama işlərinin
gedişi ilə tanış olmuşdur.
Əvvəlcə
dövlət başçısı mədəniyyət evinin planını və tam
hazır olduqdan sonrakı görünüşünü
əks etdirən stendlərə, eləcə də binanın
maketinə baxdı.
Prezidentə məlumat
verildi ki, bu binanı digərlərindən fərqləndirən
cəhət daxili divarlarının ekoloji cəhətdən təmiz və nəfis
şəkildə işlənmiş taxta materiallarla örtülməsidir. Tikinti zamanı binanın memarlıq
baxımından gözəlliyinə xüsusi
diqqət yetirilmişdir. Mədəniyyət
evinin yerləşdiyi ərazi Qəbələnin
ümumi görkəminə uyğun olaraq
abadlaşdırılmışdır.
Dövlət
başçısı mədəniyyət evinin
kinoteatr zalına baxdı. Bildirildi
ki, 400 yerlik zalda teatr
avadanlığı üzrə məşhur italyan
şirkətinin istehsalı olan oturacaqlar quraşdırılmışdır.
Binanın işıqlandırma və səsləndirmə sistemi də dünyanın tanınmış
şirkətlərinin məhsuludur. Qəbələdə bir çox incəsənət
kollektivlərinin fəaliyyət göstərdiyi nəzərə
alınaraq, yeni binada rejissor, qrim, istirahət
otaqları, dekorasiya və tikiş
sexləri də yaradılır. Kompleksdə əlavə 50 yerlik konfrans zalı da tikilir.
Görülən
işlərlə tanış olan dövlət
başçısı müvafiq
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2012.-
11 sentyabr.- S.7.