Şəkidə M.F.Axundzadə
adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma
işləri ilə tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
9-da Şəkidə Mirzə Fətəli Axundzadə
adına mədəniyyət və istirahət parkında
aparılmış yenidənqurma işləri ilə
tanış olmuşdur.
Dövlət başçısı Azərbaycan
milli dramaturgiyasının banisi, böyük mütəfəkkir
M.F.Axundzadənin parkda ucaldılmış abidəsinin
önünə gül dəstəsi qoydu.
Məlumat verildi ki, parkda yenidənqurma
işlərinə ötən il
başlanılmışdır. Şəki Şəhər
İcra Hakimiyyətinin daxili imkanları hesabına
aparılmış yenidənqurma işlərindən sonra ərazi
tamamilə simasını dəyişmişdir. Burada şəhər
sakinlərinin istirahəti üçün hər cür
şərait yaradılmışdır. Ümumi sahəsi 7
hektar olan parkın 35 min kvadratmetr ərazisində
yaşıllıq işləri görülmüş,
müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir.
Parkda uşaqların da istirahətlərini maraqlı
keçirmələri üçün lazımi şərait
yaradılmışdır. Burada iki fəvvarə, süni
şəlalə və göl yaradılmışdır.
Prezident İlham Əliyev parkda
görülmüş işlərdən
razılığını bildirdi.
AzərTAc
Azərbaycan.-2012.-
11 sentyabr.- S.5.