Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri
Qəbələdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin və Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın
təkbətək görüşü
Sentyabrın 11-də Türkiyə
Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan
Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdir.
Həmin
gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin
və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın
təkbətək görüşü olmuşdur.
Görüşdə
ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət,
enerji, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq,
eləcə də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli və perspektivləri
barədə fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.- 12 sentyabr.- S.1.