Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva və
Türkiyə Baş nazirinin
xanımı Əminə Ərdoğan Qəbələdə
«Beltmann» piano fabriki ilə tanış olmuşlar
Sentyabrın 11-də Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan
Qəbələdə "Gilan piano" MMC-nin "Beltmann" piano fabriki ilə tanış olmuşlar.
Məlumat verilmişdir ki, 1901-ci ildə
Yohann Beltmannın Niderland
Krallığında əsasını qoyduğu
"Beltmann" piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya
köçürmüş və müəssisə
orada 2002-ci ilədək fəaliyyət
göstərmişdir.
Bildirilmişdir ki, 2008-ci ilin fevralında yeni "Beltmann" piano fabrikinin yaradılması ideyası
yaranmış və həmin ilin
oktyabrında Qəbələdə müəssisənin
inşasına başlanılmışdır. 2009-cu ilin sentyabrında fabrikdə üç
pianonun hazırlanması ilə "Beltmann" markalı pianoların
istehsalının əsası qoyulmuşdur. Hazırda dünyada
"Beltmann" markalı pianolar
yalnız Qəbələdəki "Gilan"
fabrikində istehsal olunur.
Mehriban xanım Əliyeva və Əminə
xanım Ərdoğan fabrikdə istehsal
prosesinə baxmışlar.
Qeyd edilmişdir ki, regionda analoqu
olmayan və ən son
beynəlxalq standartlara cavab
verən fabrik inzibati bina və istehsal sahəsindən
ibarətdir. Pianolar sexlərdə
yığılaraq xüsusi avadanlıqla
təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə
ildə 1200-1500 piano istehsal
edilir.
Diqqətə
çatdırılmışdır ki, fabrikin 150 nəfərlik yeməkxanası, sərgi
salonu və yataqxanası vardır. Ərazidə
əsaslı abadlıq işləri
aparılmışdır.
Mehriban xanım Əliyeva və Əminə
xanım Ərdoğan müəssisədə istehsal
olunan pianolara
baxmışlar.
Sonra Azərbaycanın birinci
xanımı və Türkiyə Baş nazirinin xanımı fabrikin
sərgi otağında olmuş, müəssisənin
istehsalı olan pianoda
ifa edilən musiqi
parçalarını dinləmişlər.
AzərTAc
Azərbaycan.-2012.-
12 sentyabr.- S.3.