«İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
"İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995, ¹ 23-24,
maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 11, maddələr 676, 683, 686; 2002, ¹ 5, maddə
241; 2003, ¹ 1, maddə 1; 2004, ¹ 1, maddə 6, ¹ 2, maddə 57;
2005, ¹ 8, maddə 684, ¹ 12, maddə 1083; 2007, ¹ 8, maddə 745;
2011, ¹ 11, maddə 984) aşağıdakı əlavələr
edilsin:
1. 1-ci maddənin birinci hissəsinə
aşağıdakı məzmunda on ikinci bənd əlavə
edilsin:
"nəzarət markası - audiovizual əsərin,
fonoqramın, kompyuter proqramının, məlumat toplusunun,
kitabın nüsxələrinin və digər müəlliflik
və əlaqəli hüquq obyektlərinin müəlliflik
hüququ və əlaqəli hüquqlara əməl edilməklə
hazırlandığını (istehsal olunduğunu), həmçinin
satışı üçün müvafiq dövlət
orqanından razılığın alınması tələb
olunan malların, məmulatların və məlumat
materiallarının satışına belə
razılığın verilməsini təsdiq edən və həmin
nüsxələri yaymaq hüququ verən, nüsxələrə
yapışdırılan hərf-rəqəm kodu və
holoqrafik müdafiə vasitəsi olan və birdəfəlik
istifadə üçün nəzərdə tutulan vahid
nümunəli xüsusi nişan.".
2. 10-cu maddəyə
aşağıdakı məzmunda 1-ci hissə əlavə
edilsin və 1-8-ci hissələr müvafiq olaraq 2-9-cu hissələr
hesab edilsin:
"1. İstehlakçı qanunla nəzərdə
tutulmuş hallarda malların, məmulatların və məlumat
materiallarının nəzarət markası ilə
markalanmasının təmin olunması hüququna malikdir.
Malların, məmulatların və məlumat
materiallarının nəzarət markası ilə
markalanması həmin obyektlərin müəlliflik hüququ
və əlaqəli hüquqlara əməl edilməklə
hazırlandığını, satışı
üçün müvafiq dövlət orqanından
razılıq alınması tələb olunduqda belə
razılığın alınmasını, həmin nüsxələri
yaymaq hüququnun verildiyini təsdiq edir.
Nəzarət markası ilə markalanma
tələbi istehlakçıların təhrif edilməmiş
və dəyişikliyə məruz qalmamış, müəyyən
edilmiş əxlaqi və mənəvi dəyərlərə
uyğun hazırlanmış mallardan, məmulatlardan və məlumat
materiallarından istifadə hüququnun təmin edilməsinə
xidmət edir. Nəzarət markasının forması,
uçotu, istifadəsi və verilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Aşağıdakıların nəzarət
markası ilə markalanması tələb olunur:
dərman vasitələri;
audiovizual əsərin, fonoqramın,
kompyuter proqramının, məlumat toplusunun, kitabın
nüsxələri və digər müəlliflik və əlaqəli
hüquq obyektləri;
dini təyinatlı ədəbiyyat
(kağız və elektron daşıyıcılarında),
audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu
başqa məlumat materialları.
Satıcı (istehsalçı,
icraçı) istehlakçıya qanunla nəzərdə
tutulmuş hallarda nəzarət markası ilə
markalanmış malları, məmulatları və məlumat
materiallarını verməlidir. Nəzarət markası ilə
markalanmamış malların, məmulatların və məlumat
materiallarının yayılmasını həyata keçirən
şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2012-ci il
Azərbaycan.-2012.-
12 sentyabr.- S. 3.