«İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
2012-ci il 29 iyun tarixli 415-IVQD nömrəli qanununun
tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 29 iyun tarixli 415-IVQD nömrəli qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində
qüvvədə olan qanunvericilik
aktlarının "İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini hazırlasın və Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.
"İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin üçüncü bəndində nəzərdə
tutulmuş nəzarət markasının
forması, uçotu, istifadəsi və
verilməsi qaydalarını üç ay müddətində Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırmaqla
təsdiq etsin;
1.5. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki,
"İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin üçüncü bəndində "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
12 sentyabr.- S. 5.