Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 194 Bakı şəhəri, 11 sentyabr
2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı
ilə təsdiq edilmiş "Şəhərlər və
digər yaşayış məntəqələri ərazisinin
sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə
uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları"nda dəyişikliklər edilməsi barədə
"İstehsalat və məişət
tullantıları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2012-ci il 12
iyun tarixli 379-IVQD nömrəli qanununun tətbiqi və
"İstehsalat və məişət tullantıları
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli fərmanında
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 672 nömrəli
fərmanının 1.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 388; 2007, ¹ 10, maddə 1027;
2008, ¹ 2, maddə 132) ilə təsdiq edilmiş "Şəhərlər
və digər yaşayış məntəqələri ərazisinin
sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə
uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə
edilsin:
"3.1-1.
Zərərsizləşdirmək məqsədilə məişət
tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu
tullantıların tutumlardan (urnalardan) kənar yerlərə
atılması və ya basdırılması
qadağandır.";
1.2.
8.1-ci bəndin ikinci cümləsindən sonra
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
"Şəhərlərdə
və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi
vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar)
arası məsafə 100 metrdən çox
olmamalıdır.".
Artur RASI-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2012.- 12 sentyabr.- S. 5.