Xarici İşlər
Nazirliyində Azərbaycan-ATƏT əməkdaşlığı
müzakirə olunmuşdur
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in üzvü olan ölkələrin
daimi nümayəndələri ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-ATƏT əməkdaşlığı,
regiondakı vəziyyət və ölkəmizin üzləşdiyi
problemlərlə bağlı fikir
mübadiləsi aparılmışdır.
Qonaqların ölkəmizə səfərinin
əhəmiyyətini vurğulayan E.Məmmədyarov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan danışıqların hazırkı vəziyyəti
ilə bağlı ətraflı məlumat vermişdir. Nazir
bildirmişdir ki, mövcud status-kvo təhlükəli və qəbuledilməzdir.
Azərbaycanın işğal olunmuş ərazilərində
Ermənistan silahlı qüvvələrinin mövcudluğu
münaqişənin sülh yolu ilə həllinə ən
böyük maneədir. Həmçinin münaqişənin
həlli regionda təhlükəsizlik və əməkdaşlıq
üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan.-2012.-
12 sentyabr.- S.5.