ATƏT-in Minsk qrupu səylərini daha da artırmalıdır
Milli Məclisin Sədri Oqtay Əsədov: "20 ildir hüquqları pozulmuş 1 milyon azərbaycanlının haqq
səsini eşidən
yoxdur"
Sentyabrın
11-də Azərbaycanda səfərdə
olan ATƏT-ə üzv
ölkələrin səfirləri
Milli Məclisin Sədri Oqtay Əsədovla görüşüblər.
Qonaqları salamlayan Oqtay Əsədov bildirib ki, Azərbaycan Milli Məclisi ATƏT-lə çox yaxşı münasibətlər
qurub. Bu
təşkilatda təmsil
olunan Azərbaycan nümayəndə heyəti
bütün tədbirlərdə
yüksək səviyyədə
iştrak edir.
Milli Məclisin Sədri
qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsas məqsədindən
biri Avropaya inteqrasiyadır. Prezident İlham
Əliyevin yürütdüyü
məqsədyönlü siyasət
nəticəsində Azərbaycan
son illərdə dünyanın
inkişaf etmiş ölkələri sırasına
qoşulub. Azərbaycan Cənubi
Qafqazda lider ölkə kimi qəbul olunur. Qafqazda ümumi daxili məhsulun 80 faizi Azərbaycanın payına
düşür. Oqtay
Əsədov diqqətə
çatdırıb ki, bu durumun daha da
yaxşılaşması üçün
böyük imkanlar
var. Ancaq Cənubi Qafqazdakı hərbi münaqişələr, xüsusən
də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi bölgədə
sülhün bərqərar
olmasına, iqtisadi imkanların artmasına
mane olur. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi ilə
məşğul olan
ATƏT-in Minsk qrupu 20 ildir
bu istiqamətdə fəaliyyət göstərir.
Bu müddət ərzində Minsk qrupu müxtəlif təklif və prinsiplər irəli sürüb.
Lakin Ermənistan tərəfi hər dəfə ATƏT-in təklif
etdiyi prinsiplərdən
imtina edir: "Ermənistan Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunu
işğal edib və 1 milyon azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətində
yaşayır. Çox təəssüflə
qeyd etməliyəm ki, 20 ildir hüquqları
pozulmuş 1 milyon insanın haqq səsini nə ATƏT, nə də digər beynəlxalq təşkilatlar eşitmirlər.
Həmin
qaçqın və məcburi köçkünlərin
övladlarının artıq
20 yaşı var və onlar öz
doğma torpaqlarına
qayıtmaq istəyirlər.
Ona görə də hesab edirəm ki, ATƏT-in Minsk qrupu bu istiqamətdə səylərini daha da artırmalıdır.
Ancaq biz qətiyyətsizliyin şahidi
oluruq".
Milli Məclisin Sədri
daha sonra diqqətə çatdırıb
ki, bu günə
qədər işğalçı
ilə işğal olunmuş ölkə arasında heç bir fərq qoyulmur. Sanki mövcud status-kvo hər kəsi
qane edir. Ancaq bu vəziyyət Azərbaycanı qane etmir. Oqtay Əsədovun sözlərinə
görə, bu münaqişənin sülh
yolu ilə həll edilməsi üçün BMT Təhlükəsizlik
Şurasının qəbul
etdiyi 4 qətnamənin
icrası vacibdir.
Lakin həm BMT, həm də digər beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdiyi sənədlər hələ də masa üzərində qalır. Azərbaycan isə bütün
münaqişələrin sülh
yolu ilə həllinə tərəfdardır.
Milli Məclisin Sədri
Macarıstandan ekstradisiya
edilərək Azərbaycana
gətirilən Milli Ordunun zabiti Ramil Səfərovun əfv edilməsi ilə bağlı bəzi dövlətlərin
narahatlıqlarına da
münasibət bildirib. O.Əsədov deyib ki, macarıstan Beynəlxalq Konvensiyaya uyğun olaraq, Ramil Səfərovu
ekstradisiya edib. Lakin bu prosesdən sonra müxtəlif açıqlamalar, bəyanatlar
verilib. Azərbaycana qarşı ikili
standartlarla yanaşılması
bu prosesdə də özünü göstərib. Ermənistan isə
bundan istifadə edir. Azərbaycanın xaricdəki səfirliklərinin
nümayəndələri ölümlə
hədələnir. Buna
isə heç bir reaksiya verilmir.
Oqtay Əsədov bir
daha vurğulayıb ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həll olunacağına ümidini itirməyib və istənilən səviyyədə danışıqlara
hazırdır.
Görüşdə Norveçdən olan
səfir Robert Kvil qeyd edib ki,
onlar əvvəlcə
Ermənistana, sonra isə Azərbaycana səfər ediblər. Hər iki ölkədə keçirilən görüşlərdə
əsas müzakirə
mövzusu Dağlıq
Qarabağ münaqişəsi
olub. Görüşlərdə Cənubi Qafqazda
iqtisadiyyat, ətraf mühit, demokratiya və digər məsələlər ətrafında
da müzakirələr
aparılıb.
Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2012.-
12 sentyabr.- S.6.