Cinayətkarlıqla mübarizədə
beynəlxalq əməkdaşlıq olduqca
faydalıdır
MDB Daxili İşlər Nazirləri
Şurasının sədrliyi Azərbaycana keçdi
Müasir dünyada baş verən qloballaşma
prosesləri mütərəqqi cəhətləri ilə bərabər,
dövlətin və cəmiyyətin təhlükəsizliyi
baxımından müəyyən potensial
təhdidləri də ön plana çıxarır. Elə buna görə də təsadüfi deyil ki, çağdaş
dövr təhlükəsizlik sahəsində
tədbirlərin daha çevik
və adekvat olmasını tələb edir. Şərqlə Qərbi birləşdirən
geostrateji tranzit xətlərinin,
qlobal enerji layihələrinin
başlıca təminatçısına çevrilən, milli-etnik və dini dözümlülüyün
yüksək səviyyəsinə görə fərqli
sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirən Azərbaycanda
da dövlətin və cəmiyyətin təhlükəsizliyinin,
sabitliyinin təminatı xüsusilə
aktualdır.
Bu baxımdan Azərbaycanın əsas
güc strukturlarından olan
daxili işlər orqanlarının üzərinə
böyük, məsuliyyətli, eyni zamanda şərəfli
vəzifə düşür. Məhz Azərbaycan polisinin fədakar fəaliyyətinin nəticəsidir
ki, respublikamızın sabitliyin
etibarlı təminatı, ictimai asayişin qorunması baxımından bölgənin
və dünyanın ən yaxşı göstəricilərə
malik ölkələrindən biri olması hər birimizdə qürur və fəxarət hissi
doğurur.
Dövlətimizin və
xalqımızın mənafeyi naminə hər cür rəşadət göstərməyə
qadir olan Azərbaycan daxili işlər orqanlarının cinayətkarlığa
qarşı mübarizə sahəsində qazandığı
bu nailiyyətlər sübut
edir ki, ölkəmiz sosial-iqtisadi inkişafla
yanaşı, həm də cinayətkarlığa
qarşı mübarizə və ictimai asayişin, əmin-amanlığın
qorunması sahəsində də liderdir.
Əlbəttə,
daxili işlər orqanlarımız bu uğura birdən-birə
nail olmamışdır. Dövlət
müstəqilliyimizin ilk illərində
ölkəmizdə olan hakimiyyət boşluğunun daxili
işlər orqanlarına da sirayət etməsi,
təsadüfi insanların Daxili
İşlər Nazirliyində yüksək vəzifələrə
təyin olunması nəticəsində kriminogen
durumun nəzarətdən
çıxması və baş verən
cinayət hadisələrinin sayının misli
görünməmiş dərəcədə artması yaddaşlardan silinməyib.
O çətin
və keşməkeşli günlərdə ulu
öndər Heydər Əliyev hakimiyyətə
qayıtmasaydı, kim bilir,
Azərbaycan dövlətçiliyini və
xalqımızı daha hansı müsibətlər
gözləyərdi. Ulu öndərin hakimiyyətə
qayıdışı ilə daxili işlər
orqanları da təsadüfi insanlardan təmizləndi, polisin
şərəfli adı özünə qaytarıldı.
1994-cü il aprelin 29-da
ulu öndər Heydər Əliyev Daxili İşlər Nazirliyinin
rəhbər işçilərinin iştirakı ilə keçirdiyi müşavirədən sonra isə daxili işlər orqanlarının fəaliyyətində
ciddi dəyişikliklər baş verdi. İlk növbədə daxili
işlər orqanlarında mühüm islahatlara başlanıldı. Tezliklə
möhkəmlənən, mətinləşən Azərbaycan
polisi 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında, eləcə də 2003-cü ilin və 2005-ci ilin
oktyabrında ölkəmizdə sabitliyin
pozulmasına, hakimiyyətin zorla dəyişdirilməsinə
yönəlmiş cinayətkar əməllərin qarşısını
almaqla dövlətçiliyimizin
keşiyində sadiq
dayandığını sübut etdi.
Təbii
ki, təhlükəsizliklə
bağlı məsələlər adətən bir ölkənin sərhədləri daxilində
yekunlaşmır. Çünki müasir dövrdə dünyada
baş verən sürətli dəyişikliklər
şəraitində həm də cinayətkarlığın
sərhədləri aşan müxtəlif formaları meydana
çıxır. Bu mənada hazırda bütün
dünya ölkələrinin etiraf etdiyi həqiqət bundan ibarətdir ki, təhlükəsizliyin
və ictimai asayişin
etibarlı təminatı məsələsi daxili
imkanlarla yanaşı, beynəlxalq birliyin qarşılıqlı faydalı əməkdaşlığı
sayəsində effektiv nəticə verir. Reallıqlar ondan
ibarətdir ki, bir
sıra cinayət hadisələrinin qarşısının
alınması və cinayət-axtarış tədbirləri
ilə bağlı beynəlxalq əməkdaşlığın
həyata keçirilməsi olduqca səmərəlidir.
Hazırda Azərbaycanın
Daxili İşlər Nazirliyinin
İnterpol və bir
sıra ölkələrin polis
orqanları ilə sıx əlaqələri mövcuddur.
BMT, Avropa Şurası kimi mötəbər təşkilatların
hüquq-mühafizə sahəsi üzrə
ixtisaslaşdırılmış qurumları ilə də
münasibətlər intensiv inkişaf edir. İndiyədək
DİN tərəfindən müxtəlif dövlətlərin
aidiyyəti qurumları ilə çoxsaylı ikitərəfli
və çoxtərəfli idarələrarası və
hökumətlərarası saziş, memorandum və protokollar
imzalamışdır. Həmin beynəlxalq hüquqi sənədlərin predmetini
transmilli cinayətkarlığın
müxtəlif növləri, narkotik vasitələrin,
psixotrop maddələrin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq,
insan alveri, qanunsuz miqrasiya,
qaçaqmalçılıq və digər cinayətlərlə
mübarizədə qarşılıqlı fəaliyyət
əsasında məlumat və təcrübə mübadiləsinin,
birgə əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsi, polis təlim və təhsili
sahəsində əməkdaşlıq məsələləri
təşkil edir.
Təcrübə
göstərir ki, beynəlxalq təşkilatlar
dünyada yaranan yeni təhdidlərlə mübarizədə
getdikcə daha çox
rol oynamaqda davam edirlər. Belə ki,
beynəlxalq təşkilatlar təhdidlərin aradan
qaldırılmasına və ya onların
qarşısının alınmasına yardım etməklə
yanaşı, Azərbaycan Respublikasının milli
maraqlarının qlobal siyasətdə
müdafiəsinə geniş imkanlar yaradırlar. Beynəlxalq cinayətkarlıqla
mübarizədə Müstəqil Dövlətlər Birliyinə
üzv olan ölkələr
arasındakı mövcud əməkdaşlığın
mühüm əhəmiyyəti var. Bu günlərdə
MDB üzvləri olan ölkələrin Daxili İşlər Nazirləri
Şurasının Bakıda keçirilən növbəti
iclası da bu məsələyə
həsr olunmuşdu.
Öncə qeyd edək ki, iclas iştirakçılarını Prezident İlham Əliyev
qəbul edib. Yeni
çağırışlara və təhdidlərə
hazır olmağın vacibliyini qeyd edən dövlət
başçısı deyib: "Vətəndaşlarımızın bir çox mənada təhlükəsizliyi
və həyatı dost ölkələrin,
- indiki halda MDB məkanında,
- qarşılıqlı fəaliyyətinin nə dərəcədə
səmərəli təşkil edilməsindən asılı
olacaqdır. Yəni, mən bizim və MDB ölkələrinin daxili işlər orqanları arasında əməkdaşlığı
təşkilatımız çərçivəsində,
habelə ikitərəfli formatda çox müsbət dəyərləndirirəm
və qiymətləndirirəm. Əminəm ki,
Bakıda keçirəcəyiniz günlər inkişafın
gələcək yollarının müəyyən edilməsi,
bu əməkdaşlığın
möhkəmləndirilməsi baxımından çox
əhəmiyyətli olacaqdır. Bu əməkdaşlıq
həm də ümumi müsbət meyilin ayrılmaz hissəsidir. Azərbaycan postsovet məkanında MDB-nin
fəal üzvüdür, bir
çox proqramlarda, bir çox layihələrdə
- həm humanitar, həm iqtisadi
sahələrdə, həm də təhlükəsizliyin
möhkəmləndirilməsi məsələlərində iştirak edir".
MDB
iştirakçısı olan dövlətlərin
Daxili İşlər Nazirləri
Şurasının sentyabrın 7-8-də Bakı şəhərində
keçirilən növbəti iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan, Türkmənistan,
Özbəkistan, Ukrayna
respublikalarının və Rusiya
Federasiyasının daxili işlər
nazirliklərinin nümayəndələri, habelə MDB İcraiyyə
Komitəsinin icraçı katibi Sergey Lebedev, MDB ərazisində
mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın
başqa təhlükəli növləri
ilə mübarizə üzrə Əlaqələndirmə Bürosunun rəhbəri Nikolay
Ovçinnikov, Beynəlxalq Kriminal Polis Təşkilatı
- İnterpolun baş katibi Ronald Noubl və digər şəxslər iştirak ediblər.
Azərbaycanın
daxili işlər naziri,
general-polkovnik Ramil Usubov tədbiri açaraq
MDB DİNŞ formatında əməkdaşlığın daim möhkəmləndiyini,
iştirakçı dövlətlərin mənafelərinə
xidmət edən yeni konkret
məzmun aldığını diqqətə
çatdırıb.
Nazir Ramil Usubov əmin oluduğunu bildirib ki, bu
proses eyni dərəcədə
uğurla davam edəcəkdir.
Bu formatda əməkdaşlıq
müasir çağırışlara və
təhlükələrə layiqli
cavabdır.
MDB
ərazisində mütəşəkkil cinayətkarlıq və
cinayətkarlığın başqa təhlükəli
növləri ilə mübarizə üzrə Əlaqələndirmə
Bürosunun rəhbəri Nikolay
Ovçinnikov iclasın gündəliyi,
eləcə də ötən iclasdan sonra görülmüş
işlər barədə məlumat verib və MDB DİNŞ-nin
sədrliyinin Azərbaycana keçdiyini elan edib.
İclasda iştirak edən
Azərbaycanın Baş naziri
Artur Rasi-zadə bildirib
ki, dövlətlərarası əməkdaşlığın
yaxşılaşdırılması zəmanəmizin təhdid
və çağırışlarına müasir
və adekvat münasibətin, ictimai asayişin və
cinayətkarlıqla birgə mübarizənin prioritet
istiqamətlərindən biridir. Ötən illər ərzində
MDB məkanında ekstremizmin, beynəlxalq
terrorizmin və transmilli
mütəşəkkil cinayətkarlığın
artmasının qarşısını almaq
üçün səmərəli iş görülüb. Xüsusi əməliyyatlar zamanı birgə səylər
nəticəsində ağır cinayətlərin üstü açılmış, dövlətlərarası
və beynəlxalq axtarışda olan minlərlə
şəxs saxlanılmışdır. Birgə,
razılaşdırılmış səylərlə
aparılan operativ istintaq
tədbirləri nəticəsində yüzlərlə cinayətkar
birlik ifşa edilmişdir. Baş nazir Artur Rasi-zadə
vurğulayıb ki, DİNŞ-nin
fəaliyyəti bir çox
təşəbbüslərə təkan verir,
kriminal vəziyyətə nəzarəti
təmin etmək üçün müasir tədbirlər görməyə
şərait yaradır.
MDB İcraiyyə
Komitəsinin icraçı katibi Sergey Lebedev isə
çıxışında deyib ki, MDB ölkələrinin milli
təhlükəsizliyinin təmin edilməsi ölkələrin
müdafiə səviyyəsindən birbaşa
asılıdır. Buradan belə nəticə çıxarmaq olar ki, Birlik
ölkələrinin hüquq-mühafizə sahəsində əməkdaşlığının
inkişaf etdirilməsi və möhkəmləndirilməsinə
birgə yanaşmaya ehtiyac
var. İnterpolun baş katibi Ronald Noubl isə Beynəlxalq
Kriminal Polis Təşkilatının
MDB DİNŞ-nin fəaliyyətinə böyük önəm verdiyini
və birgə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
İki gün davam edən
iclasda MDB-nin
iştirakçısı olan dövlətlərin
daxili işlər nazirliklərinin əməkdaşlığının
prioritet istiqamətləri, cinayətkarlıqla
mübarizədə dövlətlərarası proqramın həyata
keçirilməsinin gedişi, 2014-2018-ci
illərdə cinayətkarlıqla mübarizədə birgə tədbirlər
üzrə Dövlətlərarası Proqramın və
2014-2018-ci illərdə narkotik vasitələrin,
psixotrop maddələrin və onların
prekursorlarının qeyri-qanuni dövriyyəsi
ilə mübarizədə və narkomaniyaya
qarşı fəaliyyətdə MDB-yə üzv
dövlətlərin proqramının layihələrinin
işlənib hazırlanması, bu dövlətlərin daxili
işlər nazirliklərinin əməkdaşlığının
İnkişaf Konsepsiyasının layihəsinin
hazırlanması, şəxslərin dövlətlərarası
axtarışının həyata keçirilməsi
qaydalarını müəyyən edən sənəd layihəsinin
hazırlanması, MDB-nin
iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq
və cinayətkarlığın digər növləri ilə
mübarizənin əlaqələndirilməsi üzrə Büronun maliyyə-təsərrüfat fəaliyyətinin
aparılması üzrə Təlimatın layihəsi,
DİNŞ nəzdində Elmi-Məsləhət
Şurasının yaradılması və s.
məsələlər ətrafında geniş
müzakirələr aparılmış, müvafiq
qərarlar qəbul edilmişdir.
Mütəşəkkil
cinayətkarlıqla, terrorizmlə mübarizədə müvəffəqiyyət
birlikdə, qarşılıqlı anlaşmada
və insanların dinc həyatının
müdafiəsi üçün birgə
fədakar səylərin tarazlığındadır. MDB məkanında kriminal hallara qarşı mübarizədə vahid cəbhənin yaradılması quruma üzv ölkələrin
hamısının səylərinin birləşdirilməsini
tələb edir. Hər bir
məsələdə dost ölkələrə
yardımını əsirgəməyən Azərbaycan beynəlxalq
miqyasda təhlükəsizliyin təmin
olunması sahəsində də üzərinə düşən
öhdəliklərə daim sadiqdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2012.-
12 sentyabr.- S.8.