Türkiyənin Baş
naziri Rəcəb Tayyib
Ərdoğanın Azərbaycana işgüzar
səfəri
Şəkidə
türk əsgərinin məzarı ziyarət
olunmuşdur
Sentyabrın 12-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş
naziri Rəcəb Tayyib
Ərdoğan Şəki şəhərinə gəlmişlər.
Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə
Ərdoğan Şəkinin Orta Zəyzid
kəndi ərazisində naməlum türk
əsgərinin məzarını ziyarət etdilər.
Dövlət
başçısı və qardaş
ölkənin Baş naziri
Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycandakı və
Dağıstandakı hərəkət
marşrutlarını, həmçinin respublikamızdakı türk şəhid məzarlıqlarının
yerləşdiyi məkanları əks etdirən stendə
baxdılar.
Bildirildi ki, bu abidə XX əsrin əvvəllərində
xalqımızı erməni-bolşevik qəsbkarlarından xilas etmək məqsədi ilə Azərbaycana
gəlmiş türk ordusunun
şəhid əsgərlərinin şərəfinə
ucaldılmışdır. Abidənin ətrafında geniş abadlıq işləri görülmüş, 2002-ci ildə məzarüstü
abidə kompleksi
yaradılmışdır.
Qeyd olundu ki, hazırda Azərbaycanda 7 türk
şəhidliyi və 17 şəhid məzarı mövcuddur.
Prezident İlham Əliyev və
xanımı, Baş nazir Rəcəb Tayyib Ərdoğan və
xanımı abidənin önünə gül dəstələri
qoydular.
AzərTAc
Azərbaycan.-2012.-
13 sentyabr.- S. 1.