Həştərxanda Azərbaycan və
Rusiya Dostluq körpüsünün təntənəli
açılışı olmuşdur
Mərasimdə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir
Sentyabrın 12-də Həştərxanda
Azərbaycan və Rusiya Dostluq körpüsünün təntənəli
açılışı olmuşdur.
Açılış mərasimində
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva
iştirak etmişdir. Azərbaycan dövlətinin və Həştərxan
vilayəti administrasiyasının rəsmi şəxsləri,
Milli Məclisin deputatları, Azərbaycan icmasının
nümayəndələri, şəhər sakinləri
açılış mərasimində iştirak etmişlər.
Əvvəlcə tədbir
iştirakçıları ümummilli lider Heydər Əliyevin
Həştərxanın mərkəzində
ucaldılmış abidəsini ziyarət edərək
önünə güllər qoymuşlar.
Həştərxan
vilayətinin qubernatoru Aleksandr
JİLKİN mərasimi açaraq demişdir ki, bu gün Azərbaycan-Rusiya
Dostluq körpüsünün
açılması Həştərxan üçün
həqiqətən mühüm tarixi hadisədir. Çünki
Azərbaycan ilə Rusiyanın, Azərbaycan Respublikası ilə
Həştərxan vilayətinin strateji maraqları sözdə deyil, işdə həyata keçirilir.
Qubernator Həştərxanda Xəzər
sahillərində tarixən yaşayan
çoxsaylı xalqlar arasında dostluğun təməlinin qoyulmasına
görə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə səmimi minnətdarlığını
bildirmişdir. O
vurğulamışdır ki, bunu biz yaşlılar da qiymətləndiririk və
düşünürəm ki, gələcək
nəsillər, övladlarımız da
qiymətləndirəcəklər. A.Jilkin həmçinin bu humanitar layihənin
reallaşdırılmasına görə Heydər Əliyev Fonduna və onun mərasimdə
iştirak edən vitse-prezidenti
Leyla Əliyevaya təşəkkürünü
bildirmiş, tədbirin
iştirakçılarını əlamətdar hadisə
münasibətilə təbrik etmişdir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla ƏLİYEVA Həştərxan
torpağında qonaqpərvərliyə görə təşəkkürünü
bildirərək demişdir ki, bu gün
burada ilk dəfə
olmağımdan və Heydər Əliyev Fondunun
Rusiya Federasiyasında həyata keçirdiyi layihələrlə
tanışlıq imkanına görə çox şadam.
Xoş sözlərə, Azərbaycan ilə Rusiya
arasında münasibətlərin inkişafına töhfəyə
görə Həştərxan rəhbərliyinə təşəkkürünü
bildirən Leyla xanım Əliyeva bildirmişdir ki, ölkələrimiz
arasında əlaqələr qarşılıqlı hörmət,
etimad və aşkarlığa əsaslanır. Azərbaycanda zəngin
Rusiya mədəniyyətinə və dahi rus dilinə həmişə
böyük hörmətlə
yanaşılmışdır. Hazırda ölkəmizdə
məktəblərdə rus dilinin tədrisi tam miqyasda saxlanılmışdır, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı
filialı uğurla fəaliyyət
göstərir.
Ölkələrimiz
arasında münasibətlərin bundan sonra da inkişaf
edəcəyinə və möhkəmlənəcəyinə
əminliyini bildirən Leyla xanım Əliyeva
vurğulamışdır ki, Azərbaycanda
həmişə müxtəlif mədəniyyətlər və
sivilizasiyalar mövcud
olmuş, müxtəlif millətlərə
və dinlərə
mənsub insanlar sülh
və əmin-amanlıq şəraitində
yaşamışlar və yaşayırlar. Bu
gün Bakıda müsəlman məscidləri,
katolik və pravoslav
kilsələri, yəhudi sinaqoqu fəaliyyət
göstərir, bütün xalqlar böyük vahid ailə kimi
yaşayırlar və bu, bizim
zənginliyimizdir. Azərbaycan sürətlə inkişaf edir, yeni yollar, binalar,
körpülər inşa olunur,
bütün tarixi abidələr,
muzeylər bərpa edilir. Bu
gün Cənubi Qafqaz
dövlətlərinin bütün
iqtisadiyyatının 70 faizindən çoxu
Azərbaycanın payına düşür.
Bütün irimiqyaslı layihələr
Azərbaycanın iştirakı ilə həyata keçirilir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti bildirmişdir
ki, torpaqlarımızın 20 faizinin işğal edilməsi
və ölkədə öz ev-eşiyinə,
doğma torpaqlarına qayıtmaq
imkanından məhrum 1 milyona yaxın
qaçqın və məcburi köçkünün
olmasına baxmayaraq, Azərbaycan elmin, mədəniyyətin, texnologiyaların inkişafına, təhsilə,
səhiyyəyə, idmana böyük
diqqət yetirir və bu
nailiyyətlərin hamısında 2004-cü ildə ümummilli lider Heydər Əliyevin
şərəfinə yaradılmış Heydər Əliyev Fondunun sanballı payı vardır.
Leyla xanım Əliyeva demişdir
ki, Heydər Əliyev Fondu
uğurlu fəaliyyəti ilə Azərbaycan
əhalisinin bütün təbəqələrinin
dəstəyini və etimadını qazanmışdır. Fond ölkədə 400-ə yaxın məktəb
binası inşa və bərpa etmişdir. Onların hər birində ən yeni texnologiyalarla təchiz
olunmuş kompyuter
sinifləri vardır. Fond həmçinin
xeyriyyəçiliklə məşğul olur,
xəstə uşaqlara kömək edir. Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə regionda
ən böyük talassemiya
mərkəzlərindən biri Bakıda inşa edilmişdir, uşaq evləri, internatlar
tikilir.
Fondun ölkənin hüdudlarından kənarda Azərbaycanın
zəngin mədəniyyətinə və qədim tarixinin təbliğinə
ayırdığı böyük diqqətdən
danışan Leyla xanım Əliyeva demişdir ki, ötən il dünyanın bir çox ölkələrində dövlət
müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilmişdir.
Tez-tez mədəniyyət
gecələri, konfranslar, konsertlər, sərgilər
təşkil olunur. Fondun
"Baku" jurnalı ilə birlikdə
təşkil etdiyi sonuncu
tədbirlərdən biri "Bakıya uçuş" adlı müasir
Azərbaycan incəsənəti sərgisi olmuşdur.
Bu sərgi Londonda,
Parisdə uğurla nümayiş
etdirilmişdir. Yaxın vaxtlarda
sərginin Berlində, Romada, Nyu-Yorkda və Moskvada təşkili
nəzərdə tutulmuşdur.
Heydər
Əliyev Fondunun dünya
mədəniyyətinə və tarixinə böyük
hörmətlə yanaşdığını vurğulayan vitse-prezident bildirmişdir ki, fond dünyanın müxtəlif ölkələrində
memarlıq abidələrini, tarixi
binaları və muzeyləri, məktəbləri və s. bərpa edir.
Fondun fəaliyyətinin mühüm
istiqamətlərindən biri də ətraf
mühitin mühafizəsidir. Leyla Əliyeva demişdir ki, ona görə də
Heydər Əliyev Fondu bir
il əvvəl "IDEA" adlı yeni beynəlxalq hərəkat
yaratmışdır. Hərəkatın məqsədi planetimizi mühafizə etmək və gənclərə
ekoloji problemlər barədə məlumat
verməkdir. Bir il ərzində
"IDEA" ağac əkilməsi, quş yuvalarının qurulması, konfransların
və fotosərgilərin təşkili kimi
bir sıra maraqlı və uğurlu layihələr həyata keçirmişdir.
Sonda Leyla Əliyeva əmin olduğunu bildirmişdir ki, Heydər Əliyev Fondunun
dəstəyi ilə Azərbaycan və Rusiya
Dostluq körpüsünün
inşası yalnız başlanğıcdır, qarşıda
bizi böyük
işlər gözləyir, münasibətlərimiz isə bundan sonra da
inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sonra Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
xanım Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Dostluq körpüsünün rəmzi
açılışını bildirən lenti
kəsdilər.
Məlumat verildi ki, körpünün
inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin
Həştərxana səfəri zamanı qəbul edilmişdir. O zaman
Rusiyanın bu şəhərində dahi Heydər Əliyevin abidəsi
açılmışdı. 2011-ci ilin mayında
"Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın
yeni üfüqlərinə doğru" I Rusiya-Azərbaycan Regional Forumu çərçivəsində
Dostluq körpüsünün
təməlqoyma mərasimi keçirilmişdir.
Ölkələrimiz arasında mehriban
dostluq münasibətlərinin rəmzinə
çevrilən körpünün tikintisi Heydər Əliyev Fondunun
dəstəyi ilə gerçəkləşdirilmişdir.
Piyadalar üçün
Dostluq körpüsü
Heydər Əliyev parkını I Pyotr
meydanı ilə birləşdirir. Körpünün
sürahisinin ornamentlərində
Bakının və Həştərxanın rəmzləri -
Qız qalası və Həştərxan Kremli
əks olunmuşdur. Körpünün
uzunluğu 50 metr, eni isə 6 metrdir. Körpü şəhər sakinlərinin bir sahildən digər sahilə keçməsini
asanlaşdıracaqdır. Əvvəllər sakinlər
kanalın o biri sahilinə
keçmək üçün uzun yol qət etməli olurdular. Körpü həştərxanlılara
dəyərli hədiyyədir.
Sonra tədbirin
iştirakçıları Heydər Əliyev parkında
yaradılmış "Arzu" uşaq əyləncə
şəhərciyinin açılışında iştirak
etmişlər. Heydər Əliyev Fondunun dəstəyi ilə
tikilən şəhərciyin ümumi sahəsi təxminən
1200 kvadratmetrdir. Burada 7 böyük və bir neçə
kiçik attraksion quraşdırılmış,
uşaqların istirahəti və təhlükəsizliyi
üçün hər bir şərait
yaradılmışdır. Hazırda parkın ərazisində
uşaq kafesinin tikintisi davam etdirilir.
AzərTAc
Azərbaycan.-2012.-
13 sentyabr.- S.3.