Türkiyədə «Caucasus
İnternational» jurnalının dördüncü nömrəsi çap olunmuşdur
Ankarada fəaliyyət göstərən Avrasiya
Elm Adamları Dərnəyi ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM)
birgə nəşri olan "Caucasus İnternational"
jurnalının dördüncü
nömrəsi Türkiyədə çap
olunmuşdur.
SAM-dan AzərTAc-a bildirmişlər ki, jurnalın bu nömrəsinin
əsas mövzusu Xəzər regionunda enerji siyasəti olmuşdur. Nəşrdə həmçinin qlobal mövzulara çevrilmiş İran, Suriya məsələləri ilə bağlı
aparıcı ekspertlərin yazıları da
dərc edilmişdir.
Jurnalda nüfuzlu İran-İsrail eksperti Meir Cavedanfarın "Suriyada qeyri-sabitlik: İranın daxili və xarici siyasəti", ABŞ-ın German Marşall Fondunun əməkdaşı Coşua
Voulkerin "Avrasiya
asılılığı: Azərbaycanın
üçtərəfli balanslaşma
siyasəti", iranlı ekspert, ABŞ-da İran-Amerika
Şurasının prezidenti Trita Parsinin
"İranın nüvə siyasəti ilə bağlı
ABŞ-ın mövqeyi və siyasəti", israilli ekspert Aleksandr Murinsonun İsrail-Azərbaycan əlaqələrinə
dair yazıları, gündəlikdəki
məsələlərin analitik təhlilləri
oxuculara təqdim olunur.
Bundan əlavə, jurnalda
Ceymstaun Fondunun prezidenti Qlen Hovardın
"Yeni Dəmir İpək Yolu: Bakı-Tbilisi-Qars dəmir yolu", Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri
Elnur Aslanovun
"Qarabağın gələcəyi Qafqazın gələcəyidir",
Rusiya İctimai-siyasi
tədqiqat mərkəzinin direktoru Vladimir Yevseyevin
"İranın nüvə silahı: Rusiyanın
yanaşması", SAM-ın iqtisadiyyatın təhlili və
qloballaşma məsələləri
şöbəsinin aparıcı elmi işçisi Gülmira
Rzayevanın "Mürəkkəb dəhliz: Avropaya
qaz ötürülməsi yalnız iqtisadiyyat deyil"
yazıları da yer
almışdır. Həmçinin nəşrdə Azərbaycan
Diplomatik Akademiyasının professoru Elnur Soltanov Azərbaycanın son
20 ildəki enerji siyasətinin davam edən və dəyişən məsələlərini
tədqiq etmişdir. Eyni
zamanda, keçən saydan
başlayaraq "Caucasus
İnternational"ın postsovet məkanı
ilə bağlı çıxan kitabların təhlilini
apardığı layihə jurnalın yeni
nömrəsində də davam etdirilmişdir.
Qeyd edək ki, "Caucasus
İnternational" təkcə Cənubi Qafqaz regionunda deyil,
dünyadakı qlobal məsələlərin intellektual
müzakirəsini təşviq edir. Jurnalı artıq
Türkiyənin kitab satış dükanlarından,
www.amazon.com saytından, eləcə də Bakının kitab
mağazalarından əldə
etmək mümkündür.
Azərbaycan.-2012.-
13 sentyabr.- S.4.