Prezident İlham Əliyev Koreya
Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri
Çoi Suk-İnin etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
13-də Koreya Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Çoi Suk-İnin etimadnaməsini qəbul etmişdir.
Səfir Çoi Suk-İn fəxri
qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Prezident İlham
Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev
səfirlə söhbət etdi.
Azərbaycan
Respublikası ilə Koreya Respublikası
arasında fəal siyasi əlaqələrin
mövcud olduğunu vurğulayan dövlət
başçısı ölkələrimiz arasında iqtisadi, mədəni, neft-kimya,
enerji, nəqliyyat, turizm
və digər sahələrdə əməkdaşlığın
yaxşı səviyyədə olduğunu dedi. Azərbaycanda çoxlu
sayda Koreya şirkətlərinin
fəaliyyət göstərdiyini qeyd edən
dövlət başçısı ölkələrimiz
arasında qısa müddət ərzində möhkəm tərəfdaşlıq
əlaqələrinin qurulduğunu bildirdi. Koreya
Respublikasına səfərlərini xatırlayan Prezident İlham Əliyev
münasibətlərimizin genişləndirilməsində
yüksək səviyyəli qarşılıqlı səfərlərin
önəmini qeyd etdi.
Səfirə fəaliyyətində uğurlar
arzulayan dövlət
başçısı ikitərəfli əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə əminliyini
ifadə etdi.
Səfir Çoi Suk-İn Koreya
Respublikasının Prezidenti Li Men Bakın salamlarını
dövlət başçısına çatdırdı. O,
Azərbaycandakı diplomatik fəaliyyəti dövründə
ölkələrimiz arasında əlaqələrin daha da
inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini
dedi.
Dövlət başçısı
Prezident Li Men Bakın salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Koreya Respublikasının
dövlət başçısına
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2012.-
14 sentyabr.- S.1.