Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini diplomatic fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Hulusi Kılıçı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Səfir Hulusi KILIÇ dedi: Həyatımın bundan sonrakı hissəsində Azərbaycanın bir nümayəndəsi, vətəndaşı kimi işləməyə davam edəcəyəm. Bunu bilməyinizi istəyirəm. Mən buraya, bu Vətənə xidmət üçün gəlmişdim. Bu müddətdə çox dəstək, kömək gördüm. Dünənki səfər tarixi bir səfər idi, hörmətli Prezidentim!

Prezident İlham ƏLİYEV: Doğrudan da, belədir.

Hulusi KILIÇ: Biz Sizə, Mehriban xanıma minnətdarıq.

 

Prezident İlham ƏLİYEV: Sağ olun

 

 Mən çox şadam ki, səfər çox gözəl keçdi. Hörmətli Baş nazir Azərbaycanın başqa yerləri ilə tanış oldu. Bu səfərin təşkilində sizin böyük səyləriniz olubdur. Ümumiyyətlə, Azərbaycanda çalışdığınız dövrdə iki ölkəni bir-birinə daha da yaxın etmək üçün böyük səylər göstərmisiniz. Biz bunu yüksək qiymətləndiririk. Doğrudan da, siz Azərbaycan xalqının dostusunuz. Bura sizin öz vətəninizdir. Əminəm ki, başqa işdə daim bizimlə əlaqədə olacaqsınız.

Dövlət başçısı Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Hulusi Kılıçın Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi ordeni ona  təqdim etdi.

Hulusi KILIÇ: Hörmətli Prezident, bu, mənim üçün həyatımda aldığım ən şərəfli mükafatdır. Buna layiq ola bilmək , həqiqətən, həyatımın mükafatıdır. Bundan əlavə, Zati-aliləriniz tərəfindən bunun dəyərləndirilməsi, həqiqətən, həyatımın 4 il yarımının bir xülasəsidir, qiymətləndirilməsidir. Mən bunun üçün şükranlığımı, təşəkkürlərimi bildirmək istəyirəm, hörmətli Prezidentim!

Prezident İlham ƏLİYEV: Sağ olun. Sizin burada fəaliyyətiniz, doğrudan da, çoxşaxəli olubdur. Cəmiyyətdə böyük nüfuz qazana bilmisiniz. Mən bilirəm ki, siz Azərbaycanı qədər ürəkdən sevirsiniz. Buna görə sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Əminəm ki, gələcək illərdə ölkələrimiz bir-biri ilə daha da sürətlə əməkdaşlıq edəcəklər. Dünən srağagün hörmətli cənab Baş nazirlə keçirdiyimiz görüşlər bir daha münasibətlərimizin qədər dərin olmasına dəlalət edir.

 

 

AzərTAC

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.1.