Azərbaycan Prezidenti
İlham Əliyev Niderlandın Baş nazirinin
müavininin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
13-də Niderland Krallığının Baş nazirinin
müavini və iqtisadi işlər, kənd təsərrüfatı
və innovasiya naziri Maksim Verhagenin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Maksim Verhagen Azərbaycana
səfərindən məmnunluğunu ifadə etdi.
Niderland
Krallığının Bakıda səfirliyinin fəaliyyətə
başlamasından sonra ikitərəfli əlaqələrimizin
inkişafında irəliləyişlərin olduğunu
vurğulayan Maksim Verhagen bu əlaqələrin
gələcək illərdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. O, Azərbaycana səfərinin
ölkələrimiz arasında qarşılıqlı əlaqələrin
möhkəmləndirilməsi işinə xidmət edəcəyinə
əminliyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycan
Respublikası ilə Niderland
Krallığı arasında ikitərəfli əlaqələrin
müxtəlif istiqamətlərdə, o
cümlədən siyasi, iqtisadi,
nəqliyyat və digər sahələrdə
inkişafının razılıq doğurduğunu
vurğuladı. Dövlət başçısı əlaqələrimizin
genişləndirilməsi üçün
qarşılıqlı marağın mövcud
olduğunu qeyd etdi. İkitərəfli münasibətlərimizin
genişləndirilməsində müxtəlif səviyyəli
səfərlərin önəmini diqqətə
çatdıran Azərbaycan Prezidenti
ölkələrimiz arasında möhkəm tərəfdaşlıq
əlaqələrinin qurulması üçün
yaxşı imkanların olduğunu dedi.
Görüşdə Niderland şirkətlərinin
ölkəmizdəki geniş və uğurlu fəaliyyəti
vurğulandı, neft-qaz sektoru, daşımalar, nəqliyyat,
infrastruktur, sərmayə qoyuluşu və digər sahələrdə
əməkdaşlığın perspektivləri müzakirə
edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
14 sentyabr.- S.1.