Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın «Stratfor» analitik mərkəzinin təsisçisi və icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ-da fəaliyyət göstərən "Stratfor" analitik mərkəzinin təsisçisi  və icraçı direktoru Corc Fridmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, "Stratfor" analitik mərkəzi ilə ölkəmizin müxtəlif analitik mərkəzləri arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.2.