Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.              

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.2.