Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 196 Bakı şəhəri, 12 sentyabr 2012-ci il

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilməsi barədə

 "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında"  Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 631 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 267; 2001, ¹ 1, maddə 70, ¹ 7, maddə 512; 2003, ¹ 8, maddə 460; 2005, ¹ 9, maddə 855, ¹ 11, maddə 1061; 2007, ¹ 10, maddə 1013; 2008, ¹ 2, maddə 116; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 8, maddə 781, ¹ 9, maddə 852 ) ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndə "151.3-cü;" sözündən sonra "151.3-1-ci; 151-1.2-ci; 151-1.3-cü;" sözləri əlavə edilsin və həmin bənddə "və 156-cı" sözləri "; 156-cı və 158-1.3-cü" sözləri ilə əvəz edilsin;

1.2. 2.1.3-cü yarımbənddə ", 3.2 "Hərəkət qadağandır" yol nişanları" sözləri "yol nişanı" sözləri ilə əvəz edilsin;

1.3.  2.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.1.6. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks-istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edilməsi;";

1.4. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. Bu Qaydanın 2.1.1-ci yarımbəndində nəzərdə tutulan pozuntuya yol verilməsi 2 balla; 2.1.2-2.1.5-ci və 2.1.7-ci yarımbəndlərində nəzərdə tutulan pozuntulara yol verilməsi 3 balla; 2.1.4-1-ci, 2.1.6-cı, 2.1.8-2.1.11-ci yarımbəndlərindəki pozuntulara yol verilməsi 4 balla; 2.1.12-2.1.14-cü yarımbəndlərindəki pozuntulara yol verilməsi 6 balla qiymətləndirilir.";

1.5. 2.3-cü bənddə "10" rəqəmi "12" rəqəmi ilə əvəz edilsin.

 

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.2.