Heydər Əliyev Fondunun gözdən əlillərə hədiyyə etdiyi «İnformasiya masası» mini laboratoriyasının açılışı olmuşdur

 

 Sentyabrın 13-də Heydər Əliyev Fondu tərəfindən gözdən əlillərə hədiyyə edilmiş "İnformasiya masası" mini-laboratoriyasının açılışı olmuşdur.

Bununla bağlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AGƏC) ofisində keçirilən tədbirdə Heydər Əliyev Fondunun 2005-ci ildən "Əlillərin informasiya-kommunikasiya texnologiyalarına çıxışlarının təmin olunması" layihəsinə başladığı bildirilmişdir.

Tədbirdə mini-laboratoriyaya daxil olan xüsusi kompyuter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə müxtəlif informasiyaları əldə etmək ötürmək imkanı yaradan proqram sistemi barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, laboratoriyadakı avadanlıq vasitəsilə kor zəif görən insanlar səsləndirmə üsulu ilə, şriftləri böyütməklə  asanlıqla, başqasının köməyi olmadan istənilən mətni ya kitabı oxuya biləcəklər. Eyni zamanda, bu avadanlığın köməyi ilə tamamilə görmə imkanları məhdud şəxslər istənilən şəkil ya xəritənin qabartmalı təsvirini əldə edərək özlərində dəqiq təsəvvür yarada biləcəklər.

Qeyd edilmişdir ki, laboratoriyadakı  "Jawes For Windows" səsli proqram paketi, "Pearl" kamera-skaner, səsli kitab oxuma maşını, Brayl yazısı üçün qalın kağızları dəftər formasında tikən böyük stepler vasitəsilə dərslikdən istifadə etmək, səsli proqram ilə isə müxtəlif informasiyaları oxumaq mümkündür.

Tədbirdə AGƏC-in  sədri Səmyar Abdullayev demişdir ki, layihə çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Bakı şəhərindəki kor və zəif görən uşaqlar üçün internat məktəbində İnformasiya Resurs Mərkəzi yaradılmışdır. Mərkəzdən məktəbin şagirdləri ilə yanaşı, paytaxtda yaşayan digər gözdən əlillər də istifadə edirlər.

Naxçıvan, Gəncə, Mingəçevir və Yevlax şəhərlərində də oxşar mərkəzlərin yaradıldığını qeyd edən cəmiyyətin sədri Heydər Əliyev Fondu tərəfindən layihənin davam etdiriləcəyini bildirmişdir.

S.Abdullayev görmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə beynəlxalq tədbirlərdə öyrəndikləri dünya təcrübəsinin ölkəmizdə tətbiqinə çalışdıqlarını  qeyd etmişdir.

Sonra AGƏC-də təlim keçmiş gözdən əlillər tərəfindən "İnformasiya masası" mini-laboratoriyasına daxil olan avadanlığın iş prosesi nümayiş etdirilmişdir.

 Gözdən əlillər onlara yaradılan şəraitə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.3.