Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilmişdir
Niderland Krallığı Baş nazirinin müavini, iqtisadi məsələlər,
kənd təsərrüfatı
və innovasiya naziri Maksim Verhagenin
ölkəmizə səfəri
çərçivəsində sentyabrın 13-də Bakıda
Azərbaycan-Niderland biznes
forumu keçirilmişdir.
AzərTAc xəbər
verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə keçirilən
tədbirdə neft, qaz, enerji sənayesinə
xidmətlər, memarlıq
və şəhərlərin
infrastruktur layihələri,
su təchizatı və yeraltı infrastruktur, tikinti və mühəndislik, logistika, İKT, südçülük
təsərrüfatlarına xidmət, optik alətlərin təchizatı,
müəssisələrdə təhlükəsizlik və
nəzarət sistemlərinin
qurulması, tullantıların
idarə olunması və digər sektorların təmsilçiləri
olan iş adamları iştirak etmişlər.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizin Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına
böyük əhəmiyyət
verdiyini, bu istiqamətdə "Yeni Qonşuluq", "Şərq
Tərəfdaşlığı" proqramlarının uğurla
həyata keçirildiyini,
respublikamızın Cənubi
Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu
və enerji təhlükəsizliyində mühüm
rol oynadığını
demişdir. Bildirilmişdir ki, Azərbaycan
ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq
dinamik inkişaf edir.
Nazir biznes
forumunun iş adamları arasında əlaqələrin daha da genişlənməsində,
ikitərəfli ticarət
əlaqələrinin inkişafında
mühüm rol oynayacağını vurğulamışdır.
Niderland Krallığı
Baş nazirinin müavini, iqtisadi məsələlər, kənd
təsərrüfatı və
innovasiya naziri Maksim Verhagen Azərbaycana səfərindən
və respublikamızın
iqtisadi inkişafından
məmnunluğunu bildirmiş,
ölkələrimizin böyük
iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli
istifadənin, eləcə
də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland
ilə Azərbaycanın iqtisadi-ticarət
əlaqələrinin inkişafında
əhəmiyyətli olacağını
qeyd etmişdir.
Tədbirdə hər iki ölkənin
iqtisadiyyatı, biznes və investisiya mühiti barədə təqdimatlar
keçirilmişdir.
Azərbaycan.-2012.-
14 sentyabr.- S.4.