Erməni diasporunun yeni terror təşkilatı
– «Nor ASALA» yaradılmışdır
Erməni diasporunun yeni
terror təşkilatı - "Nor
ASALA" (erməni dilində
"Yeni ASALA") özünün
yaradılması haqqında
bəyannamə yaymışdır.
Bəyannamənin Xarici İşlər Nazirliyindən AzərTAc-a
daxil olmuş mətnində təşkilatın
Livanın Anjar qəsəbəsində bu
ilin avqustunda yaradıldığı
bildirilir. Bəyannamədə
deyilir: "Nor ASALA"nı yaratmaqla əsas məqsədimiz olan bir çox
siyasi əməlləri
və qurmaq istədiyimiz Yeni Ermənistanı diplomatiya
və silahlı mübarizə yolu ilə reallaşdırmağı
qərara aldıq. Aramızda Ermənistan, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan,
Rusiya, Fransa, Livan, İran, Suriya, ABŞ, Belçika kimi müxtəlif ölkələrdən erməni
diasporunun gəncləri
vardır".
Bəyannamədə "Nor
ASALA"nın siyasi istəkləri arasında Türkiyəyə
ərazi iddiaları və bu ölkədən
təzminat tələbi,
qondarma "erməni soyqırımı"nın tanınması,
Ukraynanın Bucak bölgəsində "Şimal-qərbi
Ermənistan" dövlətinin
yaradılması və
s. göstərilir.
"Nor ASALA"nın silahlı və siyasi məqsədlərinə aşağıdakılar
daxildir:
"- Azərbaycanın
dünyada erməni düşmənçiliyi yayan
səfirlik və attaşelərini hədəfə
almaq;
- Xarici ölkə
vətəndaşlığı altında Azərbaycana daxil olub Bakıda
və digər şəhərlərdə hakimiyyət
əleyhinə qüvvələrlə
birlikdə irqçi və erməni düşməni olan siyasətçiləri hədəf
almaq, uzaq məsafədən idarə
olunan və lazım gələrsə,
intiharçı-terrorçu partlayışlar törətmək;
- Azərbaycanın xaricdə şah damarı olan azərbaycanlı iş adamlarını və iqtisadi qurumlarını hədəf almaq;
Qurgen Markaryanı öldürən Ramil Səfərovu, Hrant Dinki öldürən Yasin Hayalı, Sevag Balıkçıyı
öldürən Kıvanc
Ağaoğlunu ölümlə
cəzalandırmaq;
- Azərbaycanın Zaqatala bölgəsindən
çəkilməsi, buranın
Gürcüstana daxil edilməsi, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana
daxil edilməsi, ləzgilərə müstəqillik
verilməsi;
- Ermənilərə qarşı irqçilik, faşizm, militarizm nifrəti yayan media qurumlarını, alim tarixçi, publisist, siyasətçi təşkilat
və qurumlarını
hədəf almaq;
- Türkiyə və Azərbaycan dövlət ordularının
faşist təhdidlərinə
qarşı erməni
gənclərini məlumatlandırmaq
və təşkilatlandırmaq,
kiprli gənclərlə,
"kürdüstanlı" gənclər ilə və dost və müxalif türk və azərbaycanlı gəncləri ilə müştərək təhsil,
mədəniyyət, tarix,
silahlı və siyasi hərəkat və plan qurmaq;
- Azərbaycanda müxalif gəncləri təşkilatlandırıb İlham
Əliyevin irqçi və militarist rejimini
"Ərəb bahari"
üsulu ilə dağıtmaq üçün
hərəkətə keçirmək".
Bunlardan başqa, məktublarda
Türkiyəyə qarşı
da bir çox
silahlı əməllərin
həyata keçirilməsi
nəzərdə tutulmuşdur.
"Nor ASALA" bəyannamənin
mətni ilə birgə özlərinin iddiası ilə bağlı xəritə,
eləcə də bir sıra fotoşəkillər
göndərmişlər.
AzərTAc
Azərbaycan.-2012.-
14 sentyabr.- S.4.