Azərbaycan Diplomatik Akademiyası ilə Maastricht School of Management arasında Anlaşma Memorandumu imzalanmışdır

 

 Azərbaycan-Hollandiya biznes forumu çərçivəsində Azərbaycan Diplomatik Akademiyası (ADA) Maastricht School of Management (MSM) arasında Anlaşma Memorandumu imzalanmışdır.

ADA-dan AzərTAc-a bildirmişlər ki, sənədi xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev MSM-in dekanı Wim A.Naude imzalamışlar.

Memorandumda ADA ilə MSM arasında həyata keçiriləcək birgə MBA proqramı, qısa müddətli təlimlər, akademiyanın professor heyətinin təkmilləşdirilməsi, birgə konfransların təşkili və əməkdaşlıq ilə bağlı digər məsələlər əksini tapmışdır. ADA-da bu ildən açılması nəzərdə tutulan MBA proqramı MSM ilə birgə həyata keçiriləcəkdir. MSM-in professorları ADA-nın Biznes İnstitutunda dərs deyəcəklər. ADA-nın MBA proqramı üzrə tələbələri isə təhsillərinin bir hissəsini Maastrixt şəhərində davam etdirəcəklər. Proqramın sonunda məzunlar həm ADA-nın, həm də MSM-in beynəlxalq diplomu ilə təltif olunacaqlar.

 

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.4.