Astanada TÜRKSOY-un üzvü olan ölkələrin UNESCO-nun işləri üzrə
Milli komissiya və komitələrinin üçüncü müşavirəsi
öz işinə başlamışdır
Astananın
türk dünyasının mədəniyyət paytaxtı
elan olunması ilə əlaqədar sentyabrın 13-də
Qazaxıstan paytaxtında TÜRKSOY-un üzvü olan ölkələrin
UNESCO-nun işləri üzrə Milli komissiya və komitələrinin
üçüncü müşavirəsi öz işinə
başlamışdır.
Tədbirdə Azərbaycanın UNESCO
üzrə Milli Komissiyasının (MK) baş katibi Günel Əfəndiyevanın
rəhbərliyi ilə nümayəndə heyəti də
iştirak edir.
Astana şəhərinin akimi, UNESCO və
İSESCO üzrə Qazaxıstan Milli
komissiyasının sədri İmanqali Tasmaqambetov müşavirəni açaraq
bildirmişdir ki, türkdilli ölkələr və subyektlər
arasında bu dialoqa
2010-cu ildə Ankarada başlanmış,
ötən il Kazanda görüş keçirilmişdir.
Şadam ki, növbəti
müşavirə Astanada keçirilir və
Qazaxıstan TÜRKSOY və UNESCO ilə humanitar
əlaqələrin dərinləşdirilməsində
maraqlıdır.
Qazaxıstanın
xarici işlər naziri
Erjan Kazıxanov, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi
Xəlil Akınçı, görkəmli siyasi
və ictimai xadim,
Qazaxıstanın UNESCO-dakı nümayəndəsi Oljas Süleymenov, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və başqaları
çıxış etmiş, deyilmişdir ki, gələn il
TÜRKSOY-un yaradılmasının 20 illiyi tamam olur.
Öz məqsəd və vəzifələri,
türkdilli xalqların mədəniyyətinin
təbliği və inkişafı istiqamətində
TÜRKSOY bir növ türk dünyasının UNESCO-sudur.
Sonra Azərbaycan, Türkiyə,
Qırğızıstan, Türkmənistan və Rusiyanın
altı türkdilli subyektləri -
Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Saxa-Yakutiya,
Tıva respublikaları və Moldovanın Qaqauz
Yeri muxtar inzibati bölgəsinin təqdimatı keçirilmişdir.
Günel Əfəndiyeva bildirmişdir
ki, bu il
ölkəmizin UNESCO-ya üzv
olmasından 20 il ötür.
Bu illər ərzində ölkəmiz, o cümlədən Milli Komissiya təşkilatın prioritet
sahələri üzrə intensiv əməkdaşlıq
həyata keçirmiş,
çoxsaylı uğurlu layihələrə
imza atmışdır. Bildirilmişdir
ki, qurum ilə Azərbaycan
arasında əməkdaşlıq əlaqələrinin
inkişafında Heydər Əliyev Fondunun
prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
xüsusi rolu olmuşdur. Onun fəaliyyəti
kilsə və məscidlərin, mədəni abidələrin
bərpası və bu kimi
çoxsaylı layihələrin həyata keçirilməsi
ilə məhdudlaşmır. Mehriban Əliyeva
Afrikada savadsızlığın ləğvi,
xarici ölkələrdə məktəblərin
tikintisi kimi layihələrin
həyata keçirilməsi sahəsində də uğurla fəaliyyət göstərir.
G.Əfəndiyeva
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında danışmış, Azərbaycanın
işğal olunmuş
ərazilərində Ermənistanın
dağıtdığı milli mədəni
sərvətlərimiz haqqında ətraflı məlumat vermişdir.
Müşavirə
öz işini davam etdirir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Azərbaycan.-2012.-
14 sentyabr.- S.7.