Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 242 nömrəli orta məktəbin əsaslı təmir
və yenidənqurma işlərindən sonrakı vəziyyəti
ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva sentyabrın 14-də Bakının
Nizami rayonundakı 242 nömrəli orta məktəbin əsaslı
təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti
ilə tanış olmuşlar.
Görülən işlərlə
bağlı dövlət başçısına məlumat
verildi. Bildirildi ki, 960 şagird yerlik məktəbin binası
1968-ci ildən fəaliyyət göstərir. O vaxtdan indiyədək
bu təhsil ocağında təmir işləri
aparılmamışdır. Məktəbin əsaslı surətdə
yenidən qurulmasına 2012-ci ildə Dövlət
Proqramına uyğun olaraq başlanılmışdır.
Diqqətə
çatdırıldı ki, burada sinif otaqları müasir standartlara uyğun şəkildə təmir edilmişdir. İnventarlar
yeniləri ilə əvəz olunmuş, fənn
kabinetləri lazımi avadanlıq və əyani vəsaitlərlə
təchiz edilmişdir. Məktəbin
istilik sistemi müasir qaydada yenidən qurulmuş, fasiləsiz isti
və soyuq su ilə təmin
olunmuşdur. Əsaslı təmir
zamanı işıqlandırma sistemi də
müasirləşdirilmişdir. İdman
və akt zallarında, yeməkxanada, tibb məntəqəsində də ən müasir şərait
yaradılmışdır.
Qeyd edildi ki, təhsil ocağının yerləşdiyi
1,7 hektar ərazidə abadlıq və quruculuq işləri həyata keçirilmiş,
1,2 min kvadratmetr sahəyə
asfalt salınmışdır.
Görülən işlərdən
razılığını bildirən dövlət
başçısı məktəbdə təhsilin yüksək
səviyyədə aparılması barədə
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2012.-
15 sentyabr.- S.3.