Bakının Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulmuşdur

 

 Sentyabrın 14-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlət başçısı uşaq bağçasının istifadəyə verildikdən sonrakı görüntülərini əks etdirən stendə baxdı.

Diqqətə çatdırıldı ki, bağça binasının ümumi sahəsi 1200 kvadratmetr olacaqdır. İki mərtəbədən ibarət binada 20-dən çox otaq, o cümlədən kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, həkim, musiqi otaqları və digər kabinetlər yaradılacaqdır. Bağçada qış və yay oyun zalları fəaliyyət göstərəcəkdir. Ətrafda geniş yaşıllıq zolağı salınacaq, müxtəlif attraksionlar quraşdırılacaqdır.

Prezident İlham Əliyev uşaq bağçası binasının təməlini qoydu.

Dövlət başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 15 sentyabr.- S.4.