Bakının 8-ci Kilometr
qəsəbəsində yeni stadion istifadəyə verilmişdir
Bakının Nizami
rayonunun 8-ci Kilometr qəsəbəsində
tikilən yeni stadion
sentyabrın 14-də istifadəyə verilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva stadionun
açılış mərasimində iştirak
etmişlər.
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevaya gül dəstəsi təqdim
edildi.
Prezident İlham Əliyev
stadionun rəmzi
açılışını bildirən lenti
kəsdi.
Stadionla tanışlıq zamanı dövlət
başçısına məlumat verən AFFA-nın prezidenti Rövnəq Abdullayev
bildirdi ki, burada tikinti işlərinə
2010-cu ilin mayında
başlanmışdır. Ümumi ərazisi
22 min 500 kvadratmetr olan stadion beynəlxalq standartlara cavab verən müasir avadanlıqla təchiz edilmişdir.
Prezident İlham Əliyevə
Azərbaycan futbolunun keçdiyi
100 illik inkişaf yolundan bəhs edən "Azərbaycan
futbolu-100" adlı kitab təqdim edildi.
Daha sonra dövlət
başçısı futbol
meydançasında yaradılan şəraitlə
tanış oldu.
Məlumat verildi ki, 11 min tamaşaçı yeri
olan stadion ümumi, media və
VİP olmaqla üç
giriş hissədən və beş sektordan ibarətdir.
Stadionda futbol üzrə
17 yaşlı qızlar arasında dünya
çempionatının oyunları keçiriləcəkdir və
artıq bu,
FİFA tərəfindən
də təsdiq edilmişdir. Dünya birinciliyi bitdikdən
sonra isə burada Azərbaycan
Premyer Liqasının oyunları
keçiriləcəkdir. Futbol
meydançasına FİFA standartlarına uyğun
xaricdən gətirilən təbii ot örtüyü salınmış və xüsusi isitmə sistemi
quraşdırılmışdır. Meydançanın
işıqlandırılması üçün
dörd projektor və
ümumi müasir
işıqlandırma sistemi
yaradılmışdır. Tribunaların üstünün
bağlanması üçün xüsusi fəza konstruksiyasından istifadə
olunmuş və üzərinə müxtəlif
ölçüdə yanğına və digər təsirlərə
davamlı xüsusi membran
örtük çəkilmişdir.
Daha sonra Prezident İlham Əliyevə
2012-ci ildə Polşada və Ukraynada keçirilən futbol
üzrə Avropa çempionatının
rəsmi topu hədiyyə edildi.
Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva
qızlardan ibarət milli komandanın topuna uğur imzası
atdılar.
Dövlət
başçısı stadionunun
otaqlarında yaradılan şəraitlə də tanış
oldu.
Bildirildi ki, tribunada ailə baxış
otağı və 17 skayboks VİP otaqlar da inşa
edilmişdir. Böyük monitorun
quraşdırıldığı tribunada mətbuat nümayəndələri
üçün lazımi avadanlıqla təchiz edilən 200
nəfərlik xüsusi oturacaqlar quraşdırılmışdır.
Tribunanın alt hissəsində komandaların istifadəsi
üçün dörd soyunub-geyinmə otağı,
FİFA-nın media mütəxəssisləri
üçün otaqlar və konfrans zalları, məşqçilər,
hakimlər, həkimlər üçün otaqlar, dopinq-nəzarət
və digər otaqlar yaradılmışdır. Burada, eyni
zamanda, mərkəzi idarəetmə, təhlükəsizliyə
nəzarət-müşahidə və şərhçi
otaqları inşa edilmişdir. Stadionun 300 avtomobil tutan
dayanacağı vardır.
Prezident İlham Əliyev stadionda
yaradılmış şəraiti yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan.-2012.-
15 sentyabr.- S.4.