Zirə qəsəbəsində 120
nömrəli məktəb üçün
beş korpusdan ibarət yeni bina tikilmişdir
Sentyabrın 14-də Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonu Zirə qəsəbəsində
yeni inşa edilən 1404 şagird yerlik Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.
Azərbaycanın birinci xanımına
gül dəstəsi təqdim olundu.
Mehriban xanım Əliyeva
məktəbin rəmzi
açılışını bildirən lenti kəsdi.
Azərbaycanın birinci xanımı məktəbdə yaradılan
şəraitlə yaxından
tanış oldu.
Məlumat verildi ki, məktəbin foyesində
ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin
inkişafına diqqət
və qayğısını
əks etdirən fotoguşə yaradılmışdır.
1960-cı ildə tikilən
iki korpusdan ibarət məktəb Heydər Əliyev Fondunun təşəbbüsü
ilə ötən ilin avqustunda sökülərək yerində
5 korpuslu yeni təhsil ocağı inşa edilmişdir. Hazırda məktəbdə 1404 şagirdin
təhsil almaq imkanı vardır.
Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva sinif otaqlarına və fənn kabinetlərinə baş çəkdi. Məktəbdə 54 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana,
elektron kitabxana, kompyuter və linqafon otaqları, akt və konfrans,
şagirdlər üçün
istirahət zalları,
yeməkxana, bufet, müəllim otaqları yaradılmışdır. Təhsil ocağında məktəblilərin
fiziki hazırlığının
təşkilinə də
diqqət yetirilmişdir.
Bütün bunlar göstərir
ki, Heydər Əliyev Fondu ölkədə təhsil
sektorunun inkişafı,
məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi
ilə bağlı həyata keçirilən
dövlət siyasətinə
öz töhfələrini
verməkdə davam edir. Məktəblərin əyani vəsaitlərlə,
şagirdlərin dərs
ləvazimatı ilə
təmin olunması diqqət mərkəzində
saxlanılmışdır.
Diqqətə çatdırıldı ki, təhsil ocağının həyəti
abadlaşdırılmış, bəzək kolları və dekorativ ağaclar əkilmişdir. Burada şagirdlər üçün
istirahət guşələri
yaradılmışdır.
Azərbaycanın birinci xanımı
yeni inşa edilən idman meydançası ilə də
tanış oldu. 52 tamaşaçı yeri olan meydançaya
süni ot örtüyü döşənmişdir. Burada
qaçış zolağı, basketbol, voleybol, tennis və
mini futbol meydançaları da vardır. Meydançada həmçinin
hərbi hazırlıq təlimlərinin keçirilməsi də
mümkündür.
AzərTAc
Azərbaycan.-2012.-
15 sentyabr.- S.6.