M.H.Tağıyevə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün
verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və "Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün təsis edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il
11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara
alıram:
1. Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə
Mübariz Hüseyn oğlu Tağıyevə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
15 sentyabr.- S. 2.