Azərbaycanın
yəhudi icmasına
Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən
təbrik edir, hamınıza ən səmimi
arzu və diləklərimi yetirirəm.
Çoxmillətli
və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin
ayrılmaz hissəsi olan yəhudi vətəndaşlarımız
yüz illərdir ki,
ölkəmizdə əmin-amanlıq, dostluq
və qardaşlıq münasibətləri şəraitində
yaşayır, öz dil
və mədəniyyətini, adət-ənənələrini
qoruyub saxlamaqla Azərbaycanın ictimai-siyasi
həyatında yaxından iştirak edirlər.
Məmnuniyyət hissi ilə
qeyd etmək istəyirəm ki, hazırda ölkəmizdə gedən böyük tərəqqi və inkişaf prosesində, azad
vətəndaş cəmiyyəti quruculuğunda,
Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında yəhudi
icmasının özünəməxsus rolu
vardır.
Əziz dostlar!
Hər il təntənə ilə bayram
etdiyiniz Roş-Ha-Şana
özündə yeniliyi, mənəvi
saflığı və həmrəyliyi təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir
daha hər birinizə bayram
təbriklərimi çatdırır, ailələrinizə
xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət
arzulayıram.
Bayramınız
mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri,
14 sentyabr
2012-ci il
Azərbaycan.-2012.-
15sentyabr.- S.2.