«Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə haqqında» Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini hazırlasın və Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. dörd ay müddətində:
1.4.1. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin pozulmasına görə məsuliyyət
növlərini müəyyən edən qanun
layihələrini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.4.2. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinə uyğun olaraq, tikinti layihələrini
ekspertizadan keçirən ekspertiza
müəssisələrinin yanlış rəyi nəticəsində
tikinti obyektinə dəymiş ziyana görə mülki
və inzibati məsuliyyət müəyyən
edən qanun layihələrini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.4.3. dövlət
şəhərsalma nəzarətinin həyata keçirilməsi
qaydalarının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.4.4. həmin məcəllənin
90.4-cü maddəsinə uyğun olaraq, tikinti layihələrinin
ekspertizadan keçirilməsi
qaydalarının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.4.5. həmin məcəllənin
92.10-cu maddəsinə uyğun olaraq, tikinti işlərinin
dayandırılması qaydasının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.4.6. həmin məcəllənin
95.7-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin
sökülməsi qaydalarının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.4.7. həmin məcəllənin
97.5-ci maddəsinə uyğun olaraq, tikintiyə dövlət nəzarətinin
həyata keçirilməsi qaydalarının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.5. həmin məcəllənin
47.4.3-cü və 95.1.1-ci maddələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
həyata keçirən icra hakimiyyəti
orqanları barədə təkliflərini üç
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.6. beş ay müddətində:
1.6.1. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin 11.1-ci maddəsinin ikinci
cümləsinə uyğun olaraq, müfəssəl plan
olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri
üçün tikinti
layihələrinin onların həyata keçiriləcəkləri
ərazinin planlaşdırılması sənədlərinə
(baş planlara və
(və ya) ümumi planlara), habelə müfəssəl planın
hazırlanması zamanı nəzərə alınan tələblərə
uyğunluğunun müəyyənləşdirilməsi
qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq
etsin;
1.6.2. həmin məcəllənin
16.2-ci maddəsinə uyğun olaraq, şəhərsalma və tikinti fəaliyyətinin vahid
informasiya təminatı sisteminin
təşkili və fəaliyyəti qaydasını, eləcə
də sistemə daxil edilən məlumatların
tərkibini, həmin məlumatların təqdim edilməsi və
işlənilməsi qaydalarını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.3. həmin məcəllənin
20.2-ci maddəsinin üçüncü
cümləsinə uyğun olaraq, qonşu ərazi
vahidlərinin ərazi planlaşdırılması sənədlərini
bir-birilə razılaşdırma qaydalarını müəyyən
etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.4. həmin məcəllənin
22.7-ci maddəsinə uyğun olaraq, ərazilərin
zonalaşdırılması, tikintinin növü və miqyası ilə
bağlı müfəssəl qaydaları müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.5. həmin məcəllənin
30.3-cü maddəsinə uyğun olaraq, ərazi planlaşdırılması ilə
bağlı ictimai müzakirələrin
təşkili və keçirilməsi qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdıraraq müəyyən etsin;
1.6.6. həmin məcəllənin
32.3-cü maddəsinə uyğun olaraq, ümumi və baş planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən
etsin;
1.6.7. həmin məcəllənin
33.3-cü maddəsinin üçüncü
cümləsinə uyğun olaraq, monitorinqin predmetini və həyata keçirilməsi
qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən
etsin;
1.6.8. həmin məcəllənin
34.3-cü maddəsinə uyğun olaraq, müfəssəl planların
hazırlanması, razılaşdırılması və təsdiq
olunması qaydalarını, habelə həmin planların
razılaşdırıldığı orqanların
siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən
etsin;
1.6.9. həmin məcəllənin
52.3-cü maddəsinə uyğun olaraq, peşəkarlıq
sertifikatlarının verilməsi və ya
ləğv edilməsi qaydalarını, habelə
sertifikatlaşdırılmalı peşələrin
siyahısını müəyyən etsin
və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.6.10. həmin məcəllənin
55.1-ci maddəsinə uyğun olaraq, tikinti
materiallarının və məmulatının standartlara uyğunluğunun
yoxlanılması qaydalarını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdıraraq müəyyən etsin;
1.6.11. həmin məcəllənin
55.2-ci maddəsinin ikinci cümləsinə
uyğun olaraq, akkreditasiya qaydalarını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdıraraq müəyyən etsin;
1.6.12. həmin məcəllənin
57.3-cü maddəsinə uyğun olaraq, Məcəllənin 57.2.5-57.2.6-cı
maddələrində nəzərdə tutulmuş
tələblərlə bağlı qaydaları müəyyən
etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.13. həmin məcəllənin
58.4-cü maddəsinə uyğun olaraq, mühəndis-axtarış işlərinin
yerinə yetirilməsi qaydalarını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.14. həmin məcəllənin
60.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə
tutulmuş tələblərlə
bağlı qaydaları müəyyən etsin
və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.6.15. həmin məcəllənin
63.1-ci maddəsinin ikinci cümləsinə
uyğun olaraq, tikinti obyektlərinin mühəndis-kommunikasiya
təminatı qaydalarını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdıraraq müəyyən etsin;
1.6.16. həmin məcəllənin
67.4-cü maddəsinin ikinci cümləsinə
uyğun olaraq, təhlükə
potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş
vermə ehtimalının yüksək olduğu
zonalarda mühafizə tədbirlərinin
növləri və onların tətbiqi hallarını müəyyən
etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.17. həmin məcəllənin
69.8-ci maddəsinə uyğun olaraq, ara məsafəsi ilə
bağlı müfəssəl qaydaları müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.18. həmin məcəllənin
75.6-cı maddəsinin ikinci cümləsinə
uyğun olaraq, tikintiyə
icazədə nəzərdə tutulan əlavə
şərtlərin siyahısını və onların tətbiqi
hallarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən
etsin;
1.6.19. həmin məcəllənin
77.2-ci maddəsinin ikinci cümləsinə
uyğun olaraq, tikintiyə
icazənin qüvvədə olma müddətinin
uzadılması ilə bağlı halları Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdıraraq müəyyən etsin;
1.6.20. həmin məcəllənin
78.1-ci maddəsinə uyğun olaraq, təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə
bağlı əlavə tələbləri Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdıraraq müəyyən etsin;
1.6.21. həmin məcəllənin
78.2-ci maddəsinə uyğun olaraq, təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdıraraq təsdiq etsin;
1.6.22. həmin məcəllənin
83.0.5-ci maddəsinə uyğun olaraq, tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb
olunan halları müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.23. həmin məcəllənin
98.3-cü maddəsinə uyğun olaraq, texniki nəzarətin
həyata keçirilməsinin tələb
olunmadığı tikinti obyektlərinin
siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən
etsin;
1.6.24. həmin məcəllənin
101.4-cü maddəsinə uyğun olaraq, tikinti obyektinin istismarına icazənin vahid formasını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdıraraq müəyyən etsin;
1.6.25. həmin məcəllənin
102.8-ci maddəsinə uyğun olaraq, tikinti sənədlərinin
siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən
etsin;
1.6.26. həmin məcəllənin
104.4-cü maddəsinə uyğun olaraq, Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibini, həmin
məlumatların təqdim edilməsi və reyestrin
aparılması qaydalarını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdıraraq müəyyən etsin;
1.7. altı ay müddətində:
1.7.1. tikinti fəaliyyətinin ətraf mühitə
təsirinin qiymətləndirilməsinə dair
qanun layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.7.2. "İcbari sığorta haqqında" Azərbaycan
Respublikasının Qanununda tikinti fəaliyyəti subyektlərinin peşə
məsuliyyətinin icbari
sığortası ilə bağlı dəyişikliklər
edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.7.3.
"Memarlıq fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanununun yeni
layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.7.4. şəhərsalma
kadastrının yaradılması və aparılması qaydaları
ilə bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.7.5. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə
dair normativ sənədlər
sisteminin konsepsiyası barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.8. "Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında"
Azərbaycan Respublikasının Qanunundan
irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
3. Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi üç ay
müddətində:
3.1. Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin
59.1-ci maddəsinə uyğun olaraq, tikinti obyektinin sahəsinin və həcminin
hesablanması qaydalarını müəyyən etsin;
3.2. həmin məcəllənin
73.1-ci maddəsində nəzərdə tutulmuş
halları müəyyən etsin.
4. Müəyyən
edilsin ki:
4.1. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin 47.3-cü, 90.4-cü, 92.10-cu, 95.7-ci,
97.5-ci maddələrində nəzərdə tutulmuş
"müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
4.2. həmin məcəllənin
16.2-ci maddəsində, 20.2-ci maddəsinin üçüncü
cümləsində, 22.7-ci, 30.3-cü, 32.2-ci, 32.3-cü,
33.1-ci maddələrində, 33.3-cü maddəsinin üçüncü cümləsində, 34.3-cü
maddəsində, 35.1-ci maddəsinin ikinci
cümləsində, 52.3-cü, 55.1-ci maddələrində,
55.2-ci maddəsinin ikinci cümləsində,
57.3-cü, 58.4-cü maddələrində, 60.1-ci maddəsinin
üçüncü cümləsində,
63.1-ci maddəsinin ikinci cümləsində,
67.4-cü maddəsinin ikinci cümləsində,
69.8-ci maddəsində, 75.6-cı maddəsinin ikinci
cümləsində, 77.2-ci maddəsinin ikinci
cümləsində, 78.1-ci, 78.2-ci, 83.0.5-ci, 98.3-cü,
101.4-cü, 102.8-ci, 104.4-cü maddələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir;
4.3. həmin məcəllənin
4.3-cü, 5.2-ci, 48.3.1-ci maddələrində, 66.3-cü maddəsinin
ikinci cümləsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli
icra hakimiyyəti orqanları həyata
keçirirlər;
4.4. həmin məcəllənin
13-cü maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 24.1-ci maddəsində
və 24.2-ci maddəsinin birinci cümləsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini ümumi
və baş planlara
münasibətdə Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi,
müfəssəl planlara münasibətdə
isə yerli icra
hakimiyyəti orqanları həyata keçirirlər;
4.5. həmin məcəllənin
14.2-ci maddəsində nəzərdə tutulmuş
"müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini əsasnamələrinə
uyğun olaraq Azərbaycan
Respublikasının Fövqəladə Hallar
Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;
4.6. həmin məcəllənin
32.4-cü maddəsində, 33.3-cü maddəsinin birinci cümləsində, 34.2-ci, 44.1-ci maddələrində,
58.2-ci maddəsinin ikinci cümləsində,
59.1-ci, 73.1-ci, 104.2-ci maddələrində, 104.3-cü maddəsinin
birinci cümləsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi həyata keçirir;
4.7. həmin məcəllənin
34.4-cü maddəsinin birinci cümləsində,
35.1-ci maddəsinin birinci və üçüncü cümlələrində,
35.3-cü maddəsində, 38-ci maddəsində, 40-cı maddəsinin
ikinci cümləsində, 41-ci maddəsində,
42.1-ci maddəsinin birinci cümləsində,
43.1-ci maddəsinin birinci cümləsində,
43.2-ci maddəsinin birinci cümləsində,
43.3-cü, 44.3-cü, 47.4.5-ci, 47.4.6-cı, 48.3.3-cü maddələrində,
75.1-ci maddəsinin birinci cümləsində,
75.2-ci maddəsinin birinci cümləsində,
75.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.4-cü maddəsinin
birinci (hər iki halda) və üçüncü
cümlələrində, 75.5-ci maddəsində, 75.6-cı
maddəsinin birinci cümləsində,
75.9-cu maddəsinin birinci cümləsində,
75.10-cu maddəsinin birinci cümləsində,
76.1-ci, 76.2-ci maddələrində, 80.4-cü maddəsinin birinci və ikinci cümlələrində,
81.1-ci maddəsinin ikinci cümləsində,
82.1-ci (birinci halda),
82.2-ci (birinci halda)
maddələrində, 84.1-ci maddəsinin birinci
cümləsində, 84.2-ci maddəsinin birinci
cümləsində, 86.1.1-ci maddəsində, 86.3-cü maddəsinin
birinci cümləsində, 89.2-ci maddəsində,
90.1-ci maddəsinin ikinci cümləsində,
90.3-cü maddəsində, 93.1-ci maddəsinin birinci
cümləsində, 94.3-cü, 101.2-ci maddələrində,
102.2-ci maddəsinin birinci cümləsində,
102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində,
102.4-cü, 102.5-ci, 102.6-cı maddələrində, 102.7-ci
maddəsinin birinci cümləsində,
103.2-ci maddəsinin birinci cümləsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini yerli
icra hakimiyyəti orqanları həyata
keçirirlər;
4.8. həmin məcəllənin
48.3.5-ci maddəsinin ikinci cümləsində,
65.3-cü maddəsində, 67.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi və yerli icra hakimiyyəti
orqanları həyata keçirirlər;
4.9. həmin məcəllənin
49.2.11-ci maddəsində nəzərdə tutulmuş
"müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini əsasnamələrinə
uyğun olaraq Azərbaycan
Respublikasının Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata
keçirirlər;
4.10. həmin məcəllənin
53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci
cümləsində, 54.4-cü maddəsinin birinci
və üçüncü cümlələrində,
54.5-ci maddəsində, 55.3-cü maddəsinin üçüncü
cümləsində, 80.5-ci, 82.1-ci (ikinci halda), 82.2-ci (ikinci halda), 92.1-ci maddələrində, 92.3-cü
maddəsinin birinci (hər iki
halda) və ikinci
cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci
maddəsinin birinci cümləsində,
92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci,
dördüncü, beşinci
və altıncı cümlələrində, 93.1-ci maddəsinin
ikinci cümləsində, 94.2-ci maddəsində,
95.2-ci maddəsinin birinci cümləsində,
95.3-cü, 95.5-ci maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü,
97.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
4.11. həmin məcəllənin
80.4-cü maddəsinə əsasən məlumatlandırma
icraatı qaydasında yaşayış evinin
layihəsinin memarlıq-planlaşdırma bölməsinin uyğunluğunun yoxlanılması zamanı
yaşayış evlərinin elektrik, rabitə,
nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya
xətlərinin mühafizə zolağında tikintisinin
yolverilməzliyi, habelə uyğunluğun
yoxlanılması zamanı müvafiq tikinti ərazisində mövcud
olan mühəndis-kommunikasiya xətləri
və onların mühafizə zolağı barədə
sifarişçiyə yazılı məlumat verilməsi yerli icra hakimiyyəti
orqanları tərəfindən təmin edilir.
5. Bu fərmana əsasən Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
müəyyən edilən normativ hüquqi aktlarda dəyişikliklər
yalnız Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırıldıqdan sonra edilə bilər.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
15 sentyabr.- S. 5.