Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 199 Bakı şəhəri, 13 sentyabr
2012-ci il
"İxrac nəzarəti haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
"Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 15
sentyabr tarixli 499 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. "İxrac nəzarəti haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 12, maddə
1230; 2006,
¹ 9, maddə 822, ¹ 11, maddə 1000; 2007, ¹ 4, maddə
387, ¹ 10, maddə 1021, ¹ 12, maddə
1337; 2009,
¹ 2, maddə 144; 2010, ¹
6, maddə 558) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş "İxrac nəzarətinə düşən
malların (işlərin,
xidmətlərin, əqli
fəaliyyətin nəticələrinin)
ayrı-ayrı dövlətlərə
ixrac rejimləri"nin
adında və 1-ci hissəsində ismin müvafiq hallarında verilmiş "rejimləri" sözü
ismin müvafiq hallarında "gömrük
prosedurları" sözləri
ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq
edilmiş "İxrac nəzarətinin aparılması
Qaydaları"nın 1.2-ci və 2.2-ci bəndlərində "rejimlərinə"
sözü "gömrük prosedurlarına" sözləri
ilə əvəz edilsin;
1.3. həmin qərarla təsdiq
edilmiş "İxrac nəzarətinə düşən
mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xarici iqtisadi əlaqələrin həyata
keçirilməsinə xüsusi icazənin verilməsindən
əvvəl və sonra yoxlamaların aparılması
Qaydası"nın 2.2.4-cü yarımbəndində
"rejiminin" sözü "gömrük prosedurunun"
sözləri ilə əvəz edilsin.
Artur Rasi-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2012.-
15 sentyabr.- S. 7.