Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 200 Bakı şəhəri, 13 sentyabr
2012-ci il
"Azərbaycan Respublikası
dövlət sərhədinin
mühafizəsini gücləndirmək
məqsədi ilə əlavə qayda və əsasnamələrin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
"Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 15
sentyabr tarixli 499 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9
mart tarixli 140 nömrəli
qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə
- "Azərbaycan Respublikasının
dövlət sərhədindən
buraxılış məntəqələrində
sərhəd qoşunlarının
nəzarət-buraxılış məntəqələri haqqında
Əsasnamə"də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1-ci bölmə üzrə:
1.1.1. birinci
və ikinci hissələr birləşdirilərək
aşağıdakı redaksiyada
verilsin:
"Azərbaycan
Respublikasının dövlət
sərhədini keçən
şəxslər, mallar
və nəqliyyat vasitələri üzərində
qanunvericilikdə nəzərdə
tutulmuş qaydada sərhəd və gömrük nəzarəti
həyata keçirilir. Bu məqsədlə dövlət
sərhədinin buraxılış
məntəqələrində qanunvericilikdə nəzərdə
tutulmuş qaydada sərhəd qoşunlarının
nəzarət-buraxılış məntəqələri və
gömrük idarələri
(postları) yaradılır.";
1.1.2. aşağıdakı
məzmunda yeddinci hissə əlavə edilsin:
"Dövlət sərhədinin buraxılış
məntəqələrində qanunvericiliklə müəyyən
olunmuş qaydada eyni zamanda ikikanallı
- "Yaşıl kanal"
və "Qırmızı
kanal" - buraxılış
sistemləri tətbiq
olunur.";
1.2. 3-cü bölmənin
dördüncü abzası
aşağıdakı redaksiyada
verilsin:
"qanunvericiliklə
müəyyən olunmuş
qaydada şəxslərin,
nəqliyyat vasitələrinin,
yüklərin və digər əmlakın Azərbaycan Respublikası
dövlət sərhədinin
buraxılış məntəqələrindən
buraxılmasını həyata
keçirmək;";
1.3. 5-ci bölmə
üzrə:
1.3.1. birinci
hissə aşağıdakı
redaksiyada verilsin:
"Şəxslərin,
nəqliyyat vasitələrinin,
yüklərin və başqa əmlakların Azərbaycan Respublikasının
dövlət sərhədindən
buraxılışını sərhəd qoşunlarının
nəzarət-buraxılış məntəqələri gömrük
orqanları ilə qarşılıqlı əlaqədə
həyata keçirirlər.";
1.3.2. dördüncü
hissə aşağıdakı
redaksiyada verilsin:
"Nəqliyyat vasitələrinin,
yüklərin və başqa əmlakın Azərbaycan
Respublikasının dövlət sərhədindən
buraxılışı sərhəd qoşunlarının nəzarət-buraxılış
məntəqələri tərəfindən sərhəd və
gömrük nəzarətindən sonra həyata
keçirilir.".
Artur Rasi-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2012.-
15 sentyabr.- S. 7.