Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 201 Bakı şəhəri, 13 sentyabr 2012-ci il

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı ilə təsdiq  edilmiş "Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması gömrük rəsmiləşdirilməsinə dair Qayda"da dəyişiklik edilməsi barədə

 

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 10, maddə 916) ilə təsdiq edilmiş "Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qayda"nın 6-cı hissəsində "rejiminin" sözü "prosedurunun" sözü ilə əvəz edilsin.

 

 

 Artur Rasi-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 15 sentyabr.- S. 7.