Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 202 Bakı şəhəri, 13 sentyabr
2012-ci il
"Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları
üzrə gömrük
rüsumlarının dərəcələri,
gömrük rəsmiləşdirilməsinə
görə alınan yığımların miqdarı
haqqında" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
"Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 4, maddə
289, ¹ 8, maddə 560; 2002, ¹ 8, maddə 549, ¹ 9, maddə
581, ¹ 10, maddə 647; 2003, ¹ 2, maddə 147, ¹ 4, maddə
226, ¹ 10, maddə 614, ¹ 12 (II kitab), maddə 749; 2004, ¹
3, maddə 196, ¹ 4, maddə
307, ¹ 5, maddələr 389, 390, ¹ 9, maddə 743; 2005, ¹ 10, maddə
980; 2006, ¹ 4, maddə 363, ¹ 7, maddə 652; 2007, ¹ 5, maddə
548, ¹ 6, maddə 700, ¹ 11, maddə
1187; 2008,
¹ 4, maddə 325; 2009, ¹ 11, maddə 938;
2010, ¹ 1, maddə 68) ilə təsdiq edilmiş
"Gömrük rəsmiləşdirilməsinə görə
alınan gömrük yığımlarının
miqdarı"nın 4-cü hissəsində "rejimi"
sözü "proseduru" sözü ilə əvəz
edilsin.
Artur Rasi-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2012.-
15 sentyabr.- S. 7.