Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 203 Bakı şəhəri, 13 sentyabr 2012-ci il

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 199  nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin fiziki şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər  Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2009-cu il 25 dekabr tarixli 199 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 1074) ilə təsdiq edilmiş "Xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş Qaydaları"nın  5.3-cü bəndində, 7-ci hissəsinin adında və 7.1-ci bəndində ismin müvafiq hallarında "rejim" sözü ismin müvafiq hallarında "prosedur" sözü ilə əvəz edilsin.

 

 

 Artur Rasi-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 15 sentyabr.- S. 7.