Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 204 Bakı şəhəri, 13 sentyabr 2012-ci il

 

 "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi ilə bağlı bəzi normativ hüquqi sənədlərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 174 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli   499 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi ilə bağlı bəzi normativ hüquqi sənədlərin təsdiq  edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 174 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 11, maddə 935) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş "Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən ərizəyə əlavə edilən sənədlərin Siyahısı"nın 4-cü hissəsində "rejimi" sözü "proseduru" sözü ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş "İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin  verilməsi, müddətinin uzadılması və ləğv edilməsi Qaydaları"nın 2.5.9-cu yarımbəndində hər iki halda "rejimi" sözü "proseduru" sözü ilə əvəz edilsin.

 

 

Artur Rasi-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 15 sentyabr.- S. 7.