Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 205 Bakı şəhəri, 13 sentyabr 2012-ci il

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2002-ci  il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"də dəyişikliklər edilməsi barədə

 

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 11, maddə 676; 2004, ¹ 2, maddə 115; 2005, ¹ 9, maddə 860, ¹ 12, maddə 1234; 2006, ¹ 2, maddələr 204, 205, ¹ 9, maddə 822, ¹ 12, maddə 1159; 2007, ¹ 8, maddələr 849, 857, ¹ 10, maddə 1025; 2008, ¹ 1, maddə 37, ¹ 10, maddə 928, ¹ 12, maddələr 1110, 1114; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 156, ¹ 4, maddə 279, ¹ 8, maddə 670,

¹ 9, maddələr 739, 754, ¹ 12, maddə 1078; 2010, ¹ 3, maddə 264; 2011, ¹1, maddə 63) ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"in  24-cü hissəsindən ", sərbəst anbarların" sözləri çıxarılsın və 24.1-ci bəndində "rejiminə" sözü "proseduruna" sözü ilə əvəz edilsin.

 

 

Artur Rasi-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 15 sentyabr.- S. 7.