Meksika Birləşmiş
Ştatlarının Prezidenti zati-aliləri
cənab Felipe
Kalderon İnoxosaya
Hörmətli cənab Prezident!
Meksika Birləşmiş
Ştatlarının milli bayramı - Müstəqillik
günü münasibətilə Sizi və Sizin simanızda
bütün xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Meksika münasibətləri
son illərdə dinamik şəkildə inkişaf etməkdədir.
Daim genişlənən dostluq əlaqələrimiz dövlətlərarası
münasibətlərimizin möhkəmlənməsi, ikitərəfli
və çoxtərəfli qaydada əməkdaşlığımızın
genişlənməsi üçün əlverişli zəmin
yaradır.
Əminəm ki, ölkələrimiz
arasındakı münasibətlərin inkişafı yolunda
atdığımız qarşılıqlı addımlar
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Belə bir əlamətdar gündə
Sizə ən xoş arzularımı yetirir, dost Meksika
xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 8 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
16 sentyabr.- S. 2.