Kloun
«siyasətçidən» terrora
çağırış
Macarıstanda həbsdə
olan Azərbaycan Respublikasının vətəndaşı
Ramil Səfərovun məhkumların
verilməsinə dair 1983-cü il beynəlxalq konvensiyasına müvafiq
olaraq ölkəmizə
ekstradisiyası və Azərbaycan
Konstitusiyası əsasında əfv edilməsindən sonra bəzi siyasətçilər, dövlətlər
və beynəlxalq təşkilatlar Azərbaycanın suveren hüquqlarını nəzərə almadan ona qarşı
haqsız, ədalətsiz bəyanatlar verməkdədirlər.
Bu zaman siyasi əxlaq qaydaları diqqətə alınmır
və ədalətsiz fikirlər səsləndirilir.
Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovski dəfələrlə Azərbaycana və
Türkiyəyə qarşı təhqiramiz ifadələr, bəyanatlar
səsləndirib. Jirinovskinin siyasi siması hamıya məlumdur. Bu təlxəyin fikirləri artıq heç kimdə təəccüb doğurmur. Lakin özünü "liberal demokrat"
adlandıran bu maskalanmış
hoqqabazın sentyabrın 14-də Moskvada
"Rus-Erməni Birliyi"nin təşkilatçılığı ilə
Ramil Səfərovun azad
edilməsinə qarşı keçirilmiş
aksiyada söylədiyi fikirlər onun əsl simasını üzə
çıxarır və əndazəni
aşdığını göstərir. Son hadisələr göstərir ki, Jirinovski artıq sadəcə
hoqqabaz deyil, eyni zamanda, insanların
qanına susamış bir
yırtıcıdır.
Vladimir Jirinovski Moskvada keçirilən aksiyada
Azərbaycan-Rusiya dostluğunun ruhuna zidd olan,
Azərbaycana qarşı siyasətçiyə, dövlət
adamına yaraşmayan mənəviyyatsız,
əxlaqsız və məsuliyyətsiz bəyanatlar səsləndirmişdir.
Jirinovski kimdir? Rusiya siyasətinin
əxlaqi dəyərlərə, insani
münasibətlərə, Rusiyanın daxili
qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət
Dumasının şərəfinə, beynəlxalq hüquq norma və
qaydalarına əməl etməyən, Rusiya
siyasətinin ən məşhur hoqqabazı adını
alanın biridir. Həmin aksiyada Jirinovski anadangəlmə
məzhəkəçi istedadını bir
daha nümayiş
etdirərək yeni bir
tragikomik tamaşa
göstərmişdir.
Aksiyada çıxışında Jirinovski sadəcə Ermənistanı dəstəkləməmiş,
eyni zamanda, bəşəri
problem olan terrorizmin yeni
dalğalarının yaranmasına çağırış
etmişdir. Rusiyanın öz
daxilində terrorizm probleminin
aktual olduğu, bütün dünyanın terrorizmə
qarşı mübarizə apardığı bir
vaxtda Rusiya Dövlət
Dumasının vitse-spikeri olmuş
bu şəxs Ermənistanı Azərbaycana
qarşı terrora təşviq etmişdir. Bu sərsəm
siyasətçi nəinki terrora
çağırır, hətta ermənilərə azərbaycanlıları
necə öldürməyin "texnologiyasını" izah edir. Jirinovski regionun
təhlükəsizliyini ciddi şəkildə
təhdid edən Ermənistanı Rusiya
dövlətinin silahlandırmasını, ona
ən müasir silahlar
olan S-300 və S-400 raketlərinin verməsini,
Ermənistanı Cənubi Qafqazın ən böyük
və güclü orduya
malik dövləti etməyi, Rusiyanın qondarma DQR-in müstəqilliyini
tanımalı olduğunu bildirmişdir.
Rusiyada yaşayan digər
milli azlıqlara qarşı düşmən
münasibəti ilə tanınan Jirinovski
terrorizmə haqq qazandıran siyasətçi
olduğunu bir daha təsdiqləmişdir.
Jirinovski aksiyadakı
hoqqabazlığında "mən erməni xalqına
müraciət edirəm. Bu işi mitinqlərlə həll etmək olmaz. Erməni zabitini
öldürəni sərbəst buraxan
kimdirsə ona gərəkli cavab vermək lazımdır. Ermənistan xüsusi xidmət orqanları azərbaycanlıların
bir daha belə etməmələri
üçün bu
sualı cavabsız qoymamalıdırlar..." fikirlərini səsləndirmişdir.
Dünyada elə bir parlament tapmaq olarmı ki, onun üzvü
mitinqdə hansısa millətin nümayəndələrini qətlə
yetirməyə dair açıq-aşkar
çağırışlar etsin?
Jirinovski Gürcüstanın da ərazi bütövlüyünü
təhdid edən fikirlər səsləndirir, Cavaxetiyadakı
erməniləri "öz
torpaqları" uğrunda mübarizə
aparmağa səsləyir. Terrorçuluğu və separatizmi təşviq edən, müharibəyə
çağıran, dövlətlərin ərazi
bütövlüyünə hörmət etməyən,
humanistliyə zidd olan
qorxunc fikirlər səsləndirən bu şəxsə Rusiya siyasi səhnəsində yer
olmamalıdır.
Bu insan nə etdiyini anlamır? Moskvanın
ortasında Azərbaycana
və azərbaycanlılara
qarşı terrora çağırış etməklə
nəyə nail olmaq istəyir?
Əlbəttə ki, Rusiya-Azərbaycan
dostluğu bu cür insanın ağılsız fikirləri
ilə zədələnə
bilməz, lakin bu təlxəyin demokratiyanın və söz azadlığının
üstünlüklərindən faydalanaraq, öz axmaq fikirlərini sərbəst şəkildə
ifadə etməsinə
imkan vermək olmaz. Rusiya dövlətçiliyi belə insanlardan qat-qat yüksəkdədir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin birinci müavini
Azərbaycan.-2012.- 16 sentyabr.- S. 3.